Hadisə
1 gündə dənizdə 2 nəfər boğuldu
Bakıda 2 nəfər dənizdə boğulub. Canlixeber.com xəbər verir ki, hadisələr Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində yerləşən çimərlikdə qeydə alınıb. 25 yaşlı Gülhüseyn Muradov və 43 yaşlı Taleh Quliyev eyni gündə qeyd olunan çimərlikdə boğularaq ölüblər.
Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR
Bakı-Qazax magistralının Hacıqabul rayonu, Nəvahi qəsəbəsinin ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün saat 12 radələrində qeydə alınıb. Belə ki, Gəncə sakini Dəmir Əli oğlu İsmayilov idarə etdiyi “Mercedes” markalı, 77-EV0-029 dövlət nömrə nişanlı avtomobilində idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxıb və dəmir səddi qıraraq yeraltı keçidə aşıb. […]
Sabunçu rayonunda yanğın başlayıb
Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi “Şuşa şəhərciyi”ndə yerləşən obyektlərin birində yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Hazırda yanğınla […]
Yarımtikilidə 38 yaşlı kişinin meyiti tapıldı
Gəncə şəhərində yarımtikilidən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 24-nə keçən gecə şəhər ərazisindəki təmir sexlərindən birində baş verib. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1988-ci il təvəllüdlü şəhər sakini Elmidar Sultan oğlu Əliyev olduğu müəyyənləşib. Hadisənin səbəbləri araşdırılır.
Şəmkirdə yaralı vəziyyətdə tapılan 12 yaşlı qız xəstəxanada öldü
Şəmkirdə itkin düşdüyü ehtimal olunan 12 yaşlı qız bıçaqlanmış vəziyyətdə valideynləri tərəfindən yaşadıqları həyətdə tapılıb. Canlixeber.com xəbər verir ki, rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə.Namazova xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.
Hacıqabulda 53 yaşlı kişini qatar vurub öldürüb
Hacıqabulda qatar 53 yaşlı kişini vuraraq öldürüb Canlixeber.com xəbər verir ki, hadisə Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində baş verib. Belə ki, Bakı-Gürcüstan sürət qatarı Nəvahi kənd sakini, 1973-cü il təvəllüdlü Ataşov Arif Şirin oğlunu vuraraq öldürüb. Meyit tanınmaz hala düşüb. Faktla bağlı araşdırma aparılır.
Sumqayıt şəhərində ölümlə nəticələnən hadisə qeydə alınıb
Sumqayıt şəhərində ölümlə nəticələnən hadisə qeydə alınıb. Canlixeber.com xəbər verir ki, şəhərin 41-ci məhəlləsində 1967-ci il təvəllüdlü Nemət Abdullayev Nəriman oğlunun meyiti aşkarlanıb. Məlumata görə, onun bir neçə gün əvvəl həyatını itirdiyi ehtimal olunur. Meyitin aşkar edilməsindən sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və əraziyə baxış keçirilib. Meyit müvafiq ekspertiza üçün təhvil verilib. […]
Bakıda iki avtobus toqquşdu, 22 nəfər xəsarət aldı
Bakının Xəzər rayonu Binə qəsəbəsində 160 nömrəli xətt üzrə hərəkət edən “İSUZU” markalı avtobusla qəsəbə ərazində “Hyundai” markalı avtobus toqquşub. Canlixeber.com xəbər verir ki, TƏBİB-dən qəza nəticəsində 13 nəfər (7 kişi, 6 qadın) Sabunçu Tibb Mərkəzinə, 9 kişi isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunduğu bildirilib. Kliniki Tibbi Mərkəzə təxliyə olunan şəxslərə bədənin müxtəlif nahiyələrinin müştərək […]
Şirvan sakini antibiotik iynəsindən ölüb
Şirvan şəhər sakini antibiotik iynəsindən ölüb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 23-də baş verib. Şəhər sakini 1980-ci il təvəllüdlü Sadiq Əbülfət oğlu Hümbətov yaşadığı evdə diz nahiyəsinə antibiotik iynəsi vurub və ölüb. Araşdırma aparılır.
Maşın piyadanı vurub öldürdü
Daha bir piyada ehtiyatsızlığı ölümlə nəticələnib. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. “23.07.2026-cı il tarixdə saat 14:00 radələrində Bakı–Quba avtomobil yolunun 53-cü kilometrliyində “VAZ-11173” markalı avtomobil yolu müəyyən edilməmiş yerdən keçməyə cəhd göstərən piyadanı vurub. Nəticədə piyada hadisə yerində həyatını itirib.Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün yol […]
