Sumqayıtda fərdi yaşayış evində yanğın başlayıb
1 min read

Sumqayıtda fərdi yaşayış evində yanğın başlayıb

Sumqayıt şəhərində fərdi yaşayış evində yanğın başlayıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Qeyd edilib ki, “112” qaynar xəttinə Sumqayıt şəhərində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə qərargahının rəisi İlqar Nəsibov jurnalistlərə açıqlamasında bildirib ki, məlumatla əlaqədar hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Mühafizə İdarəsinin qüvvələri cəlb ediliblər: “Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır”.