Hadisə
Bakıda qəza – 60 yaşlı qadın öldü
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Elmur Bəhram oğlu Bəhramzadə “Mercedes-Benz” markalı avtomobili ilə Sabunçu bazarı istiqamətində hərəkətdə olan zaman yolu keçən piyada 1966-cı il təvəllüdlü Leyli Salam qızı Hüseynovanı vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən piyada orada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Mingəçevirdə 9 mərtəbəli binada yanğın baş verib
Mingəçevir şəhərində yanğın baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, keçmiş köçkün şəhərciyində yerləşən 9 mərtəbəli 11 saylı binada qeydə alınıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürmə briqadası cəlb olunub.
Pornoqrafik videomateriallar yaymaqda şübhəli bilinən Əhdi saxlanıldı
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hər iki şəxs cinayət işi üzrə istintaqa cəlb olunub. Araşdırmalar davam etdirilir.
Şəmkirdə ev yanıb
Şəmkirdə yanğın hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb. Kənd sakini 1960-cı il təvəllüdlü M.İsmayılova məxsus 200 kv metr sahəsi olan 6 otaqlı evdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən […]
Sumqayıtda meyit tapılıb
Sumqayıtda evdən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Təzə Kotec qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 53 yaşlı Faiq İbrahim oğlu Sultanovun meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Bakıda evdən meyit tapılıb
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir.
Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü – Kobud danışığa görə
Bakıda gənc oğlan arvadını döyüb. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. 23 yaşlı Müslüm Səfərovla (şərti adla) həyat yoldaşı arasında qonaq otağında mübahisə düşüb. Buna səbəb qadının onunla kobud danışması olub. Mübahisə zamanı Müslüm dəmir armaturla arvadının qol, əl və ayaq nahiyələrinə zərbələr vuraraq, xəsarətlər yetirib. Faktla bağlı Müslüm Səfərov saxlanılaraq, […]
Bərdədə 17 yaşlı gənci “KamAz” vurdu
Bərdə-Yevlax yolunda qəza baş verib. Canlixeber.com xəbər verir ki, hadisə zamanı hərəkətdə olan “KamAz” markalı yük avtomobili yolu keçən 2009-cu il təvəllüdlü Əsədov Şamxal Nəsir oğlunu vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 17 yaşlı Ş.Əsədov Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
Qusar rayonunda kəsici alətlə ictimai qaydanı pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, 22 yaşlı şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq edilməklə saxlanılaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
İsmayıllıda avtomobil aşaraq yandı, ölən və xəsarət alan var
İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunun 12-ci kilometrliyində qeydə alınıb. Belə ki, “Mercedes E-240” markalı, 99-KF-281 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb və yanıb. Sürücü müxtəlif dərəcəli xəsarətlərlə və avtomobildəki sərnişinin (qadın) isə meyiti ətrafdakılar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda onların […]
