Hadisə
Bakıda qayınanasını bıçaqlayan şəxsə şərti cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Pərviz Qurbanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. İttihama əsasən, təqsirləndirilən şəxs qayınanası, zərərçəkmiş Ağabəyim Səfərovanın (soyadı şərtidir) sağlamlığına qəsdən ağır zərər vurub. Belə […]
Sumqayıtda zavodda FACİƏ: 19 yaşlı oğlan öldü
Sumqayıt şəhərində zavodda ölüm hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 9-u saat 16 radələrində şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Elnur Vidadi oğlu İsmayılzadə qəsəbə ərazisində usta köməkçisi işlədiyi zavodun dam örtüyünü dəyişən zaman yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş E.İsmayılzadə ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Balakəndə üç avtomobil toqquşdu: Ölənlər və xəsarət alanlar var
Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında Balakən şəhəri ərazisində baş verib. məlumata görə, hadisə nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü, Balakən rayon Katex kənd sakini Məryəm Kamil qızı Hoorsova və “Toyota”da olan sərnişin, Balakən rayonunun Sarıbulaq kənd sakini Rəşad Yaşar oğlu Mütəllibov hadisə yerində ölüblər. […]
Sabirabadda 59 yaşlı kişini cərəyan vurub öldürdü
Sabirabad rayonunda 59 yaşlı kişini elektrik cərəyanı vurub. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisindəki fərdi yaşayış evinin həyətində baş verib. Rayon sakini, 1967-ci il təvəllüdlü Rafət Sabir oğlu Xancanovu həyətində işləyərkən ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırmalar aparılır.
Ötən həftə 925 yanğına çıxış olub, 10 nəfərin meyiti təhvil verilib
Ötən həftə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 925 yanğına çıxış və 42 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, Fövqəladə Hallar […]
Samuxda Kürdə batan qızın meyiti TAPILDI
Samux rayonu, Yenikənd kəndində kanalda batan şəxsin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 2009-cu il təvəllüdlü Gülnaz Elçin qızı Məmmədovanın meyiti tapılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Ucarda motosiklet piyadanı vurdu: Sürücü özü də xəsarət aldı
Ucarda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Səttarxan küçəsində qeydə alınıb. Rayon sakini, 1963-cü il təvəllüdlü Qasım Mahmud oğlu Qasımov idarə etdiyi “Ural” markalı motosikletlə 1962-ci il təvəllüdlü Mais Hacı oğlu Hüseynovu vurub. Nəticədə motosikletin sürücüsü Q.Qasımov və piyada M.Hüseynov müxtəlif dərəcəli xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma […]
Bakıda neft çənlərində GÜCLÜ YANĞIN: Əraziyə FHN və polis qüvvələri cəlb olunub
Bakının Xətai rayonunda güclü yanğın baş verib. Canlixeber.com xəbər verir ki, rayonun Orxan İsmayılov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Həmçinin məlumata görə, yanğınla əlaqədar polis əməkdaşları da əraziyə cəlb olunublar. Hadisə yerində yanğınsöndürmə və xilasetmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin […]
Samuxda Kürdə bir nəfər batıb
Samux rayon ərazisində 1 nəfər Kür çayında batıb. Canlixeber.com xəbər verir ki, hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, Kür çayında bir nəfər boğulub. Hazırda hadisə yerinə FHN xilasediciləri cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Şəmkirdə 62 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Şəmkirdə bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Ə.Abdıyev elektrik dirəyindən işləyərkən onu cərəyan vurub. 62 yaşlı kişi hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
