1 min read

Bakıda ağır avtoqəza – Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Asəf Asif oğlu Cəlilov “Hyundai Santafe” markalı avtomobillə yolu keçmək istəyən piyada Miryaqub İsfəndiyar oğlu Sadıqovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

1 min read

Göygöldə avtomobil aşıb, 3 nəfər xəsarət alıb

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Chevrolet” markalı minik avtomobili idarəetmədən çıxaraq yoldan kənara aşıb. Qəza nəticəsində 3 nəfər – 2005-ci il təvəllüdlü A.Rzaxanova, 1994-cü il təvəllüdlü G.Quluzadə və 1991-ci il təvəllüdlü T.Babazadə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin […]

1 min read

Sumqayıtda iki avtomobil toqquşub, ölən var

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan “Mercedes” və “Kia Sorento” markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində “Mercedes”in sürücüsü, 1959-cu il təvəllüdlü Əliyev Elbrus Xəlil oğlu həyatını itirib. Qəzada “Kia Sorento”da sərnişin kimi olan 2004-cü il təvəllüdlü Həsənli Aysel Vüqar qızı müxtəlif […]

1 min read

Ailə üzvləri ilə mübahisə etdi, yaşadığı evi yandırdı

Şəmkir sakini yaşadığı evi yandırıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Xuluf kəndində qeydə alınıb. İlkin məlumata görə, 1998-ci il təvəllüdlü Rauf Vəliyev ailə üzvləri ilə mübahisə edib. Daha sonra isə yaşadığı evi yandırıb. Adıçəkilən şəxs hadisə yerindən qaçıb. Əraziyə Şəmkir Rayon Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb olunub. Edilən müdaxilə nəticəsində yanğın […]

1 min read

Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb

Astara rayonunda ölüm hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə sentyabrın 14-də rayonun Miki kəndində qeydə alınıb. 1952-ci il təvəllüdlü Abid Qüdrət oğlu Şəfəqqətov yaşadığı fərdi yaşayış evinin damında odun sobasının borusunu təmizləyərkən hündürlükdən yıxılıb. O, aldığı xəsarətlər nəticəsində ölüb. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

1 min read

Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi

Ağdaş rayonunda 38 yaşlı qadın zəhərlənib. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. 1988-ci il təvəllüdlü N.Səlimova yaşadığı evdə təmizlik işləri görərkən kimyəvi maddədən halı pisləşib. O, təcili xəstəxanaya çatdırılıb. Qadına ilkin yardım göstərilib və evə buraxılıb.

1 min read

Qırmızı işıqda yolayrıcına daxil olan skuter qəzaya səbəb olub

Qırmızı işıqda yolayrıcına daxil olan skuter avtomobillə toqquşub. Canlixeber.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, skuter sürən hadisədən 10 saniyə əvvəl də eyni qaydanı pozur, lakin yol boş olduğundan təhlükə qəzasız ötüşür. Bir neçə saniyə əvvəl təsadüf onları qəzadan qorumuşdusa, bu dəfə üzərində sərnişinlə svetoforun qırmızı işığında keçən […]

1 min read

Təbriz-Bakı aviareysi ilə gələn sərnişinlərin baqajından dərman və siqaretlər aşkar edilib

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində 3 fakt üzrə gömrük nəzarətindən gizlədilən dərman vasitələri və siqaretlər aşkar edilib. Canlixeber.com xəbər verir ki, Təbriz-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşlarının baqajlarına stasionar rentgen qurğusunda baxış keçirilib və şübhəli təsvirlər müşahidə olunub. Yoxlama zamanı hər üç […]