İsmayıllıda avtomobil aşaraq yandı, ölən və xəsarət alan var
İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunun 12-ci kilometrliyində qeydə alınıb.
Belə ki, “Mercedes E-240” markalı, 99-KF-281 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb və yanıb.
Sürücü müxtəlif dərəcəli xəsarətlərlə və avtomobildəki sərnişinin (qadın) isə meyiti ətrafdakılar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda onların hər ikisinin şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
