July 2026
Hövsanda ağır QƏZA: Ölən var
Suraxanı rayonunun Hövsan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə ötən gecə saat 02:30-da Zığ-Hövsan körpüsünün altında, MİDA Hövsan yaşayış kompleksinin və “Akkord” qarajının yaxınlığında baş verib. Qəzaya uğrayan 77-NK-513 dövlət qeydiyyat nişanlı, VAZ-2107 avtomobilinin sürücüsü təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən həyatını itirib. Bildirilir ki, dünyasını dəyişən şəxsin adı […]
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatı keçiriləcək
Azərbaycan Voleybol Federasiyası (AVF), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə avqustun 4-dən 8-nə qədər çimərlik voleybolu üzrə ölkə çempionatı keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə AVF-dən bildirilib. Qadın və kişi komandaları arasında təşkil olunacaq yarışın ilkin mərhələsinin oyunları 4-6 avqustda, final qarşılaşmaları və mükafatlandırma mərasimi isə 8 avqustda baş tutacaq. Çempionatın bütün oyunları Bakı […]
Martin Knejeviç “Gəncə” basketbol klubuna baş məşqçi təyin olunub
“Gəncə” basketbol klubunun yeni baş məşqçisi məlum olub. Canlixeber.com xəbər verir ki, “Sarı-göylər”i ABŞ-dən olan Martin Knejeviç çalışdıracaq. 47 yaşlı mütəxəssislə qarşıdakı mövsümün sonuna kimi müqavilə bağlanıb. Qeyd edək ki, M.Knejeviç 12 illik peşəkar məşqçi karyerasında vətənindən başqa 7 ölkədə işləyib. O, Kanada, Danimarka, Rumıniya, Livan, Vyetnam, Meksika və Çində fəaliyyət göstərib. NBA-də çıxış edən […]
Bakıda marketin liftinin fəaliyyəti dayandırılıb
Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində fəaliyyət göstərən marketin liftinin fəaliyyəti dayandırlıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, keçirilən yoxlama zamanı liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyindən insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub. Qeyd edilənlər nəzərə alınaraq, liftlin istismarı dayandırılıb və texniki […]
Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər
Magistraturaya qəbulun nəticələrinin bu gün və ya sabah elan olunacağı gözlənilir. Canlixeber.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bundan sonra qəbul olunanların qeydiyyatı aparılacaq, daha sonra isə boş qalan plan yerlərinə ixtisas seçimi keçiriləcək.
Oğuzda iki avtomobil toqquşub, ölən və xəsarət alan var
Oğuzda minik avtomobilləri toqquşub, ölən və xəsarət alan var. Canlixeber.com xəbər verir ki, hadisə səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunda, rayonun Padar kəndi ərazisində baş verib. İlkin məlumata görə, “Mercedes” və “VAZ-2109” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində xəsarət alan “VAZ”ın sürücüsü, 1987-ci il təvəllüdlü Əbdülrəhim Məmmədəliyev və 1984-cü il təvəllüdlü Aynur Salahova Oğuz xəstəxanasına yerləşdirliblər. […]
DİM:11 beynəlxalq dil sertifikatının saxta olduğu aşkarlanıb
“Xarici dil sertifikatlarının verilməsində müəyyən qeyri-obyektiv, qeyri-şəffaf üsullardan istifadə halları aşkar olunub”. Canlixeber.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, TOEFL, IELTS, Cambridge və digər beynəlxalq sertifikatların ekvivalentliyi və həqiqiliyinin yoxlanılması ilə bağlı qaydalar 2023-cü ildə təsdiq edilib: “Bu il yoxlanılan 171 sertifikatdan 160-ı təsdiqlənib, […]
Bakıda qayınata gəlinini bıçaqladı
Sabunçu rayonunda boşanmaq istəyən gəlin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Canlixeber.com hadisə Qanbay Vəzirov küçəsində baş verib. 1997-ci il təvəllüdlü Əsgərova D. qayınanası və qayınatası ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri alıb. O, ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Yaralının yaxınlarının verdiyi məlumata görə, qadın həyat yoldaşından boşanmaq istəyib. Bu istəyini bilən qayınanası […]
Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU
Nərimanov Tibb Mərkəzinə yeni direktor təyinatı olub. Canlixeber.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Anar Bayramov əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Təranə Əmirxan qızı Quliyeva təyin olunub. Qeyd edək ki, T.Quliyeva bu təyinatadək Şağan Reabilitasiya Pansionatının direktoru vəzifəsində çalışıb.
Azarkeşlər “Qarabağ”la oyunu boykot edir
“Qarabağ”ı qəbul edəcək SSKA (Sofiya) ilə bağlı azarkeşlərə çağırış edilib. Canlixeber.com xəbər verir ki, UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu 0:0 hesabı ilə başa çatıb. Buna baxmayaraq, cavab oyununa 48 saat qalmış cəmi 4 min biletin satılması Bolqarıstan mediasında məyusluq doğurub. Xatırladaq ki, SSKA – “Qarabağ” oyunu iyulun 30-u Sofiyadakı Vasil Levski adına […]
