Çempionat
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatı keçiriləcək
Azərbaycan Voleybol Federasiyası (AVF), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə avqustun 4-dən 8-nə qədər çimərlik voleybolu üzrə ölkə çempionatı keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə AVF-dən bildirilib. Qadın və kişi komandaları arasında təşkil olunacaq yarışın ilkin mərhələsinin oyunları 4-6 avqustda, final qarşılaşmaları və mükafatlandırma mərasimi isə 8 avqustda baş tutacaq. Çempionatın bütün oyunları Bakı […]
5 sərbəst güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
Bakıda keçirilən U-17 dünya çempionatında bu gün sərbəst güləş yarışlarına start veriləcək. Canlixeber.com xəbər verir ki, Azərbaycan millisinin beş üzvü təsnifat mərhələsində xalça üzərinə çıxacaq. Günün proqramına əsasən, görüşlər saat 10:30-da başlayacaq. Azərbaycan güləşçilərinin ilk rəqibləri aşağıdakılardır: (45 kq) Əli Cavadlı – Oskar Burqazov (Bolqarıstan) (51 kq) Adəm Hüseynli – K. Janqajol (Qazaxıstan) (60 kq) […]
Dünya Qadın Seriyası: “Neftçi SOCAR” bu gün “Madrid”lə qarşılaşacaq
“Neftçi SOCAR” 3×3 basketbol komandası bu gün İspaniyanın Kaseres şəhərində start götürəcək Dünya Qadın Seriyasında mübarizəyə başlayacaq. Canlixeber.com xəbər verir ki, “ağ-qaralar” A qrupundakı ilk matçında İspaniya təmsilçisi “Madrid”lə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 22:05-da başlayacaq. Xatırladaq ki, indiyədək keçirilmiş 12 mərhələnin yekununa əsasən, “Neftçi SOCAR” (352 xal) ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.
