July 2026
Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat etdi
Tanınmış neftçi alim, diplomat və şair Hacan Hacısoy vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilib ki, o, uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Hacan Hacısoy 1996–2004-cü illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri olub.
Yevlax sakini Mingəçevirdə döyülüb
Yevlax sakini Mingəçevirdə mübahisə zamanı döyülüb. Canlixeber.com xəbər verir ki, hadisə Mingəçevirdə, Qaçaq Nəbi küçəsində yerləşən kafedə baş verib. İlkin məlumata görə, mübahisə zəmnində 39 yaşlı Yevlax rayon sakini Xəyal Rəsulov başından ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Baş vermiş hadisə ilə bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.
Gəncədə üç qardaş arasında dava – Biri özünə xəsarət yetirib
Gəncədə qardaşlar arasında əlbəyaxa dava olub. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb. Üç qardaş arasında düşən mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə qardaşlardan Həbib Usubov kəsici alətlə özünə xəsarət yetirib. Mübahisə zamanı onların içkili olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər araşdırma başlanılıb.
Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq
Bu gün Bakının Yasamal və Nərimanov rayonlarının bir hissəsində elektrik enerjisinin verilişində fasilələr olacaq. Canlixeber.com xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb. Bİldirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 29-da Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində 10:00-dan 13:00-dək MİDA yaşayış kompleksinin […]
Salyanda kişi ailə münaqişəsi zəminində güllələnərək öldürülüb
İyulun 29-u gecə saatlarında Salyan rayonu ərazisində qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, 1966-cı il təvəllüdlü Natiq Sadıqov sərxoş vəziyyətdə ov tüfəngi ilə keçmiş kürəkəni, 1980-ci il təvəllüdlü Famil Lətifovu yaşadığı evin həyətində baş vermiş münaqişə zəminində qətlə yetirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə N.Sadıqov saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan ov tüfəngi […]
Çimərliklərdə hava necə olacaq?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 29-da şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba ) 26-27, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.
Bu gün hava necə olacaq?
İyulun 29-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 40-50% təşkil edəcək. Azərbaycanın […]
Təhsilverənlərin sertifikatlaşdırılması prosesi üzrə apellyasiya nəticələri açıqlandı
17-25 iyun tarixlərində dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib. 35 imtahan mərkəzində baş tutan imtahanlarda ümumilikdə 22 mindən çox müəllim iştirak edib, davamiyyət göstəricisi 96 faiz təşkil edib. Canlixeber.com xəbər verir ki, sertifikatlaşdırma prosesinə Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, fransız dili, alman […]
“Araz-Naxçıvan” Premyer Liqanın 2026/2027 mövsümündə rəqiblərini Qəbələdə qəbul edəcək
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümündə rəqiblərini Qəbələ şəhər stadionunda qəbul edəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, “Araz-Naxçıvan” daha əvvəl oyunlarını Mərdəkanda yerləşən “Liv Bona Dea Arena”da keçirirdi.
Edama məhkum edilmiş azərbaycanlı alimlə bağlı açıqlama
İranda edam cəzasına məhkum edilmiş güney azərbaycanlı-isveçli tədqiqatçı Əhmədrza Cəlalinin azad olunması istiqamətində səylər davam etdirilir. Canlixeber.comxəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Qeyd edilib ki, rəsmi Stokholm İran hakimiyyətini alimi dərhal azad etməyə çağırmaqda israrlıdır. Nazirlik əlavə edib ki, işin həssaslığı nəzərə alınaraq həyata keçirilən diplomatik fəaliyyətlə bağlı əlavə təfərrüatlar […]
