Hövsan
Hövsanda qadın avtomobilə hücum etdi, zərbələr endirdi
Bakının Suraxanı rayonunda yol kənarında park edilmiş avtomobilə hücum edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Qeyd olunub ki, hadisə ötən gün Hövsan qəsəbəsində baş verib. Kimliyi məlum olmayan qadın əlindəki alətlə dayanmış avtomobilin şüşələrini sındırmağa çalışıb və nəqliyyat vasitəsinə dəfələrlə zərbələr endirib. İddialara görə, hücuma məruz qalan avtomobil hadisəni törədən […]
Hövsanın bəzi ərazilərində SU KƏSİLƏCƏK
Hövsan qəsəbəsinin bəzi ərazilərində içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, magistral su xəttinin qəzalı hissəsində aparılan təmir-bərpa işləri ilə əlaqədar gün ərzində Hövsan qəsəbəsinin bəzi ərazilərinə içməli suyun verilməsində fasilə olacaq. Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra […]
Hövsanda ağır QƏZA: Ölən var
Suraxanı rayonunun Hövsan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə ötən gecə saat 02:30-da Zığ-Hövsan körpüsünün altında, MİDA Hövsan yaşayış kompleksinin və “Akkord” qarajının yaxınlığında baş verib. Qəzaya uğrayan 77-NK-513 dövlət qeydiyyat nişanlı, VAZ-2107 avtomobilinin sürücüsü təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən həyatını itirib. Bildirilir ki, dünyasını dəyişən şəxsin adı […]
Səhər saatlarında Hövsanda ağır qəza: XƏSARƏT ALAN VAR
Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saat 7 radələrində qeydə alınıb. İlkin məlumata görə, KIA markalı avtomobillə “Changan” markalı maşın toqquşub. Qəzanın baş verməsinə ilkin səbəb kimi KIA markalı avtomobilin “Changan”ın hərəkət zolağına çıxması göstərilir. Toqquşmanın təsirindən “Changan” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı […]
Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb
Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, idarəyə xidməti ərazi olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası adlanan ərazidə narkotiklərin satışının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə […]
