1 min read

Bəzi rayonlara leysan yağacaq, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

İyulun 30-31-də Azərbaycanın, əsasən, dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

1 min read

Ağdamda yanğının miqyası böyüyür: Alov daha iki kəndə doğru yayılır

Ağdam rayonu ərazisində açıq sahələrdə başlayan yanğınlar bu gün Saybalı və Bağbanlar kəndləri istiqamətinə yayılıb. Canlixeber.com xəbər verir ki, əraziyə Ağdam və Ağcabədi rayonlarının Yanğından Mühafizə bölmələrinin texnika və canlı qüvvəsi cəlb olunub. Bundan başqa, Mərzili istiqamətində yanğın baş verən ərazidə ardıcıl partlayış səsləri eşidilir. Yanğının keçmiş təmas xəttində minalanmış ərazilərə yayılması səbəbindən partlayışların baş […]

1 min read

Bakıda iki avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Paytaxtın Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, məhdudiyyət səbəbindən iyulun 30-dan təmir-bərpa işləri yekunlaşanadək 202 nömrəli marşrutun son dayanacaq məntəqəsi Asəf Zeynallı küçəsində, 94 nömrəli transformator yarımstansiyası yaxınlığına […]

1 min read

Bu il 399 nəfərin Azərbaycana readmissiyası həyata keçirilib

“Cari il ərzində 399 nəfərin readmissiyası həyata keçirilib”. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediatur çərçivəsində məlumat verib. O bildirib ki, geri qəbul olunan şəxslərin 306 nəfəri əsasən Avropa İttifaqına üzv dövlətlərdən Azərbaycana qaytarılan Azərbaycan vətəndaşları olub: “Bundan əlavə, yaxın vaxtlarda növbəti readmissiya […]

2 mins read

Ötən dövrdə 800-ə yaxın əcnəbi Azərbaycandan deportasiya edilib

“Hesabat dövründə qanunsuz miqrasiyaya qarşı görülən tədbirlər çərçivəsində 9 min 757 inzibati qərar qəbul edilib”. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediatur çərçivəsində məlumat verib. O bildirib ki, bu qərarlar əsasən Dövlət Miqrasiya Xidməti tərəfindən aşkar edilmiş, elektron informasiya sistemləri vasitəsilə müəyyən olunan […]

1 min read

Hər gün milyon dollarlıq fırıldaq: Türkiyədə azərbaycanlıların da olduğu şəbəkə İFŞA EDİLDİ

İstanbulda aralarında azərbaycanlıların da olduğu beynəlxalq cinayətkar dəstənin üzvləri saxlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb. Həmin şəxslər müxtəlif ölkə vətəndaşlarını investisiya və “Forex”də qazanc vədi ilə aldadıblar. Ticarət mərkəzlərinin birində “Vend Teknoloji” adı altında guya çağrı mərkəzi kimi fəaliyyət göstərən şirkətin əslində Yaponiya və Cənubi Koreya vətəndaşlarını hədəf alan beynəlxalq fırıldaqçılıqla […]