July 2026
Bakıda DƏHŞƏT: Kişi gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi
Bakının Qaradağ rayonunda qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Asif Nağıyev idarə etdiyi BMW markalı avtomobillə həmyerlisi, 1983-cü il təvəllüdlü Azər Şahmuradovu qəsdən vurub. Daha sonra o, avtomobillə bir neçə dəfə zərərçəkənin üzərindən keçib. Nəticədə Azər Şahmuradov aldığı xəsarətlərdən hadisə […]
Bakının iki rayonunda işıq olmayacaq
Bu gün Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, buna səbəb Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində transformator məntəqəsində təmir işlərinin aparılmasıdır. Qeyd olunub ki, bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Kamal Rəhimov, […]
Zaqatalada “Tofaş” BMW ilə toqquşdu: Ölən var
Bu gün gecə saat 2 radələrində Zaqatala şəhəri ərazisində “Tofaş” və BMW markalı avtomobillər toqquşub. Canlixeber.com xəbər verir ki, nəticədə “Tofaş”ın sürücüsü, 41 yaşlı Orxan Orucov xəstəxanada ölüb, digər nəqliyyat vasitəsinin sürücüsü, 30 yaşlı Əhməd Camalov xəsarət alıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Səhər saatlarında Hövsanda ağır qəza: XƏSARƏT ALAN VAR
Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saat 7 radələrində qeydə alınıb. İlkin məlumata görə, KIA markalı avtomobillə “Changan” markalı maşın toqquşub. Qəzanın baş verməsinə ilkin səbəb kimi KIA markalı avtomobilin “Changan”ın hərəkət zolağına çıxması göstərilir. Toqquşmanın təsirindən “Changan” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı […]
Çimərliklərdə hava necə olacaq?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 6-da mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.
Bu gün hava necə olacaq?
İyulun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. […]
“Qarabağ” Cebrail Makreçkisi transfer edib
2026/2027 mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” klubu növbəti futbolçu keçidini gerçəkləşdirib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Macarıstanın “Ferentsvaroş” klubu ilə danışıqlar uğurla yekunlaşıb və Cebrail Makreçkis “Qarabağ”a transfer olunub. Latviyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı futbolçu 2029-cu ilin yayına qədər komandada çıxış edəcək. O, 25 […]
Şəmkirdə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2106” ilə “Hyundai” markalı minik maşınları toqquşub. Nəticədə “VAZ 2106”-nın sürücüsü ölüb, xəsarət alan 1 nəfər isə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Sabirabadda avtomobilin vurduğu piyada öldü
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin M.S.Ordubadi küçəsində qeydə alınıb. Belə ki, şəhər sakini, 1985-ci il təvəllüdlü Amid Gülxan oğlu Əsgərov yolu keçən zaman “Mercedes” markalı avtomobil onu vurub. Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerindəcə ölüb. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanlı gənc Polşada göldə boğuldu
Gürcüstanın Bolnisi bələdiyyəsinin Ayorta kənd sakini, 28 yaşlı Fərman Xəlilov Polşada faciəli şəkildə həyatını itirib. Canlixeber.com xəbər verir ki, gənc göldə çimərkən boğularaq ölüb. Bildirilib ki, F.Xəlilov işləmək məqsədilə bir müddət əvvəl Polşaya yollanmışdı. Qeyd edək ki, son iki ay ərzində Gürcüstandan olan üç gənc Polşada göldə boğularaq həyatını itirib.
