Sabirabadda avtomobilin vurduğu piyada öldü
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, hadisə şəhərin M.S.Ordubadi küçəsində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1985-ci il təvəllüdlü Amid Gülxan oğlu Əsgərov yolu keçən zaman “Mercedes” markalı avtomobil onu vurub.
Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.
