1 min read

Ata və övladları dəfn olundu – Bir ailənin faciəsi

Ötən gün Ağdam ərazisində Xaçınçay su anbarında faciəvi şəkildə ölən ata və övladları dəfn edilib. Canlixeber.com xəbər verir ki,, hər üç ailə üzvü Bərdədə Seyid Yusifli kənd qəbiristanlığında torpağa tapşırılıb. Xatırladaq ki, ata-1985-ci il təvəllüdlü İsgəndərov Şərif Şəmsəddin oğlu övladları- 2008-ci il təvəllüdlü İsgəndərov Tunar və 2009-cu il təvəllüdlü İsgəndərova Fidan su anbarında çimərkən boğulmuşdular.

1 min read

Türkiyədə meşə yanğını başlayıb

Türkiyədə meşə yanğını başlayıb. Canlixeber yerli mətbuata istinadla xəbər verir ki, Balıkəsir vilayətinin Kepsut rayonunda yerli vaxtla saat 11:00 radələrində meşə kənarındakı ərazidə başlayan və daha sonra meşəyə keçən yanğın küləyin təsiri ilə Sarıfakılar məhəlləsi istiqamətində yayılır. Yanğına havadan və qurudan müdaxilə edilir.

1 min read

Azərbaycanda hərbi qulluqçu vəfat etdi

Yevlax rayonu, Qoyunbinəsi kənd sakini, 41 yaşlı müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXHQ) Rafiq Şöhrət oğlu Cəfərov vəfat edib. Canlixeber.com xəbər verir ki, xəbər verir ki, hərbçi təlimdə olduğu vaxt qəfil ürəyi dayanıb. Qeyd edək ki, Rafiq Cəfərov Vətən müharibəsində və antiterror əməliyyatlarında fəal iştirak edərək rəşadət göstərib. Ailəli olan hərbçinin iki övladı yadigar […]

1 min read

Van Dammın heykəlini Vəndama qaytardılar

Dünyaşöhrətli amerikalı aktyor Jan Klod Van Dammın Qəbələ rayonunun Vəndam qəsəbəsindəki heykəli bərpa olunub Canlixeber.com xəbər verir ki, bu barədə jurnalist Şakir Eminbəyli paylaşım edib. Qeyd edək ki, Vəndamda məşhur aktyor Jan Klod Van Dammın abidəsi bir neçə il bundan əvvəl ucaldılıb. Abidənin müəllifi məşhur heykəltaraş Azad Əliyevdir. “Hollivud” ulduzu heykəlinin qoyulmasına görə 2019-cu ildə özünün […]

1 min read

İsmayıllıda sürücü və sərnişinin öldüyü qəzanın səbəbi məlum olub

İyulun 4-də saat 16 radələrində Muğanlı–İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən 32-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Zaqatala rayon sakini, 1974-cü il təvəllüdlü İlqar Süleymanovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən körpünün orta hissəsində yerləşən beton […]

4 mins read

“Qarabağ” onun üçün Şotlandiya klubundan 3,8 milyon istəyir

Şotlandiyanın “Seltik” klubu “Qarabağ”ın hücumçusu Kamilo Duranı transfer etməyə yaxındır.  Canlixeber.com bu barədə “Daily Record” nəşrinə istinadla xəbər verir. Lakin xəbərlərə görə, Qlazqo təmsilçisinin 1,7 milyon funt-sterlinqlik (3,85 milyon manat) ilkin təklifi Azərbaycan çempionu tərəfindən rədd edilib. “Qarabağ” futbolçunun transferi üçün 3 milyon funt-sterlinqə (6,8 milyon manat) yaxın məbləğ tələb edir. Kolumbiyalı hücumçu ötən mövsüm […]

1 min read

Tünzalə Əliyevanın qardaşı vəfat etdi

Mərhum Əməkdar artist, Tünzalə Əliyevanın (Toppuş bacı) ailəsinə daha bir itki üz verib. Canlixeber.com xəbər verir ki, aktrisanın qardaşı Elxan Bayramov 58 yaşında Moskvada vəfat edib. İlkin məlumata görə, onun ölümünə səbəb ürək çatışmazlığı olub. Mərhum dünən Gəncədəki “İmamzadə” ziyarətgah kompleksində torpağa tapşırılıb.  O, həmçinin Gəncə Dövlət Milli Dram Teatrının aktrisası Zülfiyyə Əliyeva və Gəncə […]

1 min read

“Arzum” ləqəbli tiktokerin səhhəti pisləşdi

Tiktokda daha çox “Arzum” ləqəbi ilə tanınan İlduzə Hacıyevanın səhhəti pisləşib. Canlixeber.com xəbər verir ki, bu barədə tiktokerin vəkili Hikmət Əliyev məlumat verib.  Vəkilin sözlərinə görə, ona müntəzəm olaraq həkim nəzarəti lazımdı. Vəkil onu da bildirib ki, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti veriləcək.  Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən “Arzum” ləqəbli tiktoker […]

3 mins read

Velosiped alarkən nələrə diqqət etməli?

Velosiped seçimi həm sağlamlıq, həm də rahatlıq baxımından böyük əhəmiyyət kəsb edən mühüm bir prosesdir. Doğru velosipedi tapmaq üçün ilk növbədə onun hansı məqsədlə və hansı ərazidə istifadə olunacağını müəyyənləşdirmək lazımdır. Canlixeber.com sizlər üçün uyğun velosiped necə seçilməlidir? Sualına cavab axtarıb. Şəhər daxilində asfalt yollarda sürmək üçün şəhər (shahar/hybrid) velosipedləri, dağlıq və kələ-kötür cığırlar üçün […]