July 2026
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlayır
Bu gündən 2026/2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin (MİQ) test imtahanı mərhələsi başlanır. Canlixeber.com xəbər verir ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumatla tanış ola bilərlər. Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 14-18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan […]
Ağstafada 21 yaşlı oğlan bıçaqlandı – Hərbi qulluqçu saxlanıldı
Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə dünən rayonun Qırılı kəndi ərazisində qeydə alınıb. 2005-ci il təvəllüdlü Ayxan Budaqlı sakini olduğu kəndin ərazisində bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun hərbi qulluqçu olduğu bildirilib. Faktla bağlı araşdırma […]
Qudyal çayında 11 yaşlı oğlan boğularaq ölüb
Qudyalçayda 11 yaşlı oğlan boğularaq ölüb. Canlixeber.com xəbər verir ki, 2015-ci il təvəllüdlü Məmmədov Xəyyam Tərlan oğlu Qudyalçay çayında Quba rayonu, Qəçrəş kəndi ərazisindən keçən hissəsində çimərkən boğulub. Quba rayon prokurorluğunda araşdırma aparılır.
Yasamalda kişi yol-nəqliyyat hadisəsi zamanı ölüb
Yasamalda ölümlə nəticələnən yol qəzası olub. Canlixeber.com xəbər verir ki, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Əlizadə Rüstəm Nizami oğlu xəsarət alıb. Xəsarətlərlə xəstəxanaya yerləşdirilən kişi orada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
“İmişli” “Kəpəz”dən ayrılan Yusif İmanovu heyətinə qatdığını açıqlayıb
“İmişli” klubu “Kəpəz”dən ayrılan qapıçı Yusif İmanovu transfer edib. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 23 yaşlı qolkiperlə “2+1” illik müqavilə imzalanıb. Xatırladaq ki, Yusif İmanov “Sabah” və Kosovonun “Malişeva” komandasında da çıxış edib.
UEFA Çempionlar Liqası: “Sabah” I təsnifat mərhələsinin cavab oyununda TNS ilə üz-üzə gəlir
“Sabah” UEFA Çempionlar Liqasında növbəti oyununa bu gün çıxacaq. Canlixeber.com xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab matçında Uelsin TNS komandasının qonağı olacaq. Qarşılaşma “Park Holl” stadionunda, Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. Matçın baş hakimi ispaniyalı Mateo Buskets Ferrer olacaq. Bu cütün qalibi növbəti mərhələdə “Vardar” (Şimali […]
Bu gün Culfa, Ordubad və Babək rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Bu gün Naxçıvan Muxtar Respublikasının Culfa, Ordubad və Babək rayonlarının bir sıra ərazilərində qazın verilişi dayandırılacaq. Canlixeber.com xəbər verir ki, təchizatın dayandırılması qaz ixrac idarəs tərəfindən aparılacaq təmir işləri ilə əlaqədardır. Bununla əlaqədar iyulun 14-də işlər başa çatanadək Culfa və Ordubad rayonlarının, eləcə də Babək rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Şəkidə 23 hektar biçilmiş taxıl sahəsi yanıb
Şəkidə açıq ərazidə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Şorsu kəndində kənd bələdiyyəsinə məxsus biçilmiş taxıl sahəsində qeydə alınıb. Yanğın nəticəsində 23 hektar biçilmiş taxıl sahəsi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Bakının bəzi hissələrində elektrik enerjisi olmayacaq
Bu gün paytaxtın bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” “ASC məlumat yayıb. Bildirilib ki, iyulun 14-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK-4” yarımstansiyasından çıxan 6 kV-luq “Masazır-1” və “Masazır-2” hava xətlərində yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 09:00-dan 12:00-dək Asəf Zeynallı […]
HAVA KƏSKİN DƏYİŞİR: Şimşək, dolu… – XƏBƏRDARLIQ
Azərbaycanda iyulun 14-dən həftənin sonunadək bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 14-dən həftənin sonunadək Azərbaycanın bəzi dağlıq və dağətəyi bölgələrində hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi […]
