İmişli FK
“İmişli” klubunda məşqçi təyinatı olub
“İmişli” klubunda məşqçi təyinatı olub. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Elmir Cəbrayılov fiziki hazırlıq üzrə məşqçi təyin olunub. O, daha əvvəl “Şəfa”da eyni vəzifəni icra edib.
“İmişli” “Kəpəz”dən ayrılan Yusif İmanovu heyətinə qatdığını açıqlayıb
“İmişli” klubu “Kəpəz”dən ayrılan qapıçı Yusif İmanovu transfer edib. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 23 yaşlı qolkiperlə “2+1” illik müqavilə imzalanıb. Xatırladaq ki, Yusif İmanov “Sabah” və Kosovonun “Malişeva” komandasında da çıxış edib.
“İmişli” Bəxtiyar Həsənalızadəni heyətinə qatıb
“İmişli” daha bir futbolçu transferini açıqlayıb. Canlixeber.com xəbər verir ki, Bəxtiyar Həsənalızadə heyətə cəlb olunub. 29 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb. Karyerası ərzində “Sumqayıt”, “Zirə”, “Sabah” və Türkiyənin “Tuzlaspor” klublarında çıxış edən oyunçu son olaraq “Araz-Naxçıvan”ın formasını geyinib.
“İmişli” “Kəpəz”dən ayrılan Fərid Nəbiyevi heyətinə qatdı
“İmişli” yeni futbolçu transferini açıqlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bölgə təmsilçisi 26 yaşlı yarımmüdafiəçi Fərid Nəbiyevlə birillik müqavilə imzalayıb. Oyunçu karyerası ərzində “Slaviya” (Praqa), “Viktoriya” (Jijkov), “Kəpəz”, “Turan Tovuz” və “Səbail” klublarının formasını geyinib. O, son olaraq “Kəpəz”in uğurları üçün mübarizə aparıb.
“İmişli” futbolçu Abbas Ağazadə ilə vidalaşıb
“İmişli” futbolçu Abbas Ağazadə ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Onun başa çatan müqaviləsinin müddəti yenilənməyib. Xatırladaq ki, 27 yaşlı yarımmüdafiəçi 2024-cü ildən “İmişli”də çıxış edib.
Premyer Liqa klubumuz braziliyalı futbolçunun maaşını artırmadı, oyunçu ölkəni tərk etdi
“İmişli” braziliyalı futbolçu Rafael Vieqaşı komandada saxlamaq istəyib. Canlixeber.com İdmanxeber.az-a istinadən xəbər verir ki, rəhbərlik oyunçuya ötən yay olduğu kimi yenə də eyni şərtlərlə yeni müqavilə təklif edib, ancaq müdafiəçi bunu bəyənməyib. O, maaşının artırılmasını tələb edib. Rəhbərlik isə futbolçunun əməkhaqqısını artırmaq niyyətində olmadığını bildirib. Bu səbəbdən də tərəflər razılaşa bilməyiblər. Braziliyalı futbolçu komanda ilə […]
Premyer Liqa: “Şamaxı” “Turan Tovuz”u, “Qarabağ” “İmişli”ni qəbul edəcək
Misli Premyer Liqasının XXXII turunda bu gün daha iki görüş keçiriləcək. Canlixeber.com xəbər verir ki, “Turan Tovuz” səfərdə “Şamaxı”nın qonağı olacaq.Şamaxı şəhər stadionunda baş tutacaq görüşü Rəvan Həmzəzadə idarə edəcək. Tovuz təmsilçisi hazırda 59 xalla 3-cü pillədə yer alıb. 8-ci yerdə olan “Şamaxı”nın isə 35 xalı var.”Qarabağ” isə Tofiq Bəhramov adına Respublika stadionunda “İmişli”ni qəbul […]
