UEFA Çempionlar Liqası: “Sabah” I təsnifat mərhələsinin cavab oyununda TNS ilə üz-üzə gəlir
“Sabah” UEFA Çempionlar Liqasında növbəti oyununa bu gün çıxacaq.
Canlixeber.com xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab matçında Uelsin TNS komandasının qonağı olacaq.
Qarşılaşma “Park Holl” stadionunda, Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Matçın baş hakimi ispaniyalı Mateo Buskets Ferrer olacaq.
Bu cütün qalibi növbəti mərhələdə “Vardar” (Şimali Makedoniya) – “Kups” (Finlandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.
