July 2026
Bu gün hava necə olacaq?
İyulun 14-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% […]
Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı hərbi hissəsinə yeni rəis təyin edilib. Canlixeber.com xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Xaspulatov Anar Əlimurad oğlu “N” saylı hərbi hissənin rəisi təyin olunub. Qeyd edək ki, bir neçə gün əvvəl sözügedən hərbi hissənin rəisi polkovnik-leytenant Seyidəhməd Nurayev […]
Sabah bəzi rayonlara şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ
İyulun 14-dən həftənin sonunadək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı olacağı gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.
Səbail Zirədən ayrılan futbolçunu transfer edib
“Zirə”dən ayrılan futbolçu Fuad Bayramov karyerasını I Liqada davam etdirəcək. Canlixeber.com xəbər verir ki, “Səbail” 28 yaşlı müdafiəçini heyətinə qatdığını açıqlayıb. Oyunçunun müqaviləsinin müddəti hələlik açıqlanmayıb. Xatırladaq ki, Fuad Bayramov karyerası ərzində “Şamaxı” və “Turan Tovuz” klublarının da formasını geyinib.
“Qarabağ”da gözlənilməz ayrılıq
“Qarabağ” daha bir futbolçu ilə yolları ayırır. Canlixeber.com xəbər verir ki, söhbət Şahruddin Məhəmmədəliyevdən gedir. Təcrübəli qolkiperin Ağdam təmsilçisində ayrılacağı bildirilir. Azərbaycan millisinin üzvünün yaxın vaxtda “Qarabağ”dan getdiyi rəsmən açıqlanacaq. 32 yaşlı oyunçunun “köhlən atlar”la müqaviləsi ötən ay başa çatıb. O, ötən mövsüm “Qarabağ”ın heyətində 6 oyun keçirib.
Azərbaycanda dövlət qurumu ləğv edildi
Naxçıvan Təlim Mərkəzi publik hüquqi şəxs ləğv edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb. Qərara əsasən, Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qərarın icrası ilə əlaqədar aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət ləğvetmə komissiyasının formalaşdırılmasını və ləğvetmə prosesinin mülki qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsini təmin edəcək.
Eynək yoxsa linza: Hansı faydalıdır?
Eynək və kontakt linza seçimi hər bir insanın həyat tərzi, göz quruluşu və fərdi ehtiyaclarından asılı olaraq dəyişir. Hər iki metodun özünəməxsus həm üstünlükləri, həm də müəyyən çatışmazlıqları mövcuddur. Tibbi və praktiki baxımdan hansının daha faydalı olduğunu anlamaq üçün hər birini fərqli meyarlar üzrə müqayisə etmək lazımdır. Canlixeber.com mövzu ilə bağlı araşdırma aparıb. Eynək taxmağın […]
Binəqədidə civə satmaq istəyənlər saxlanılıblar
Binəqədi rayonunda civə satmaq istəyən şəxslər saxlanılıblar. Canlixeber.com xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinə naməlum şəxslərin satışı qadağan edilən zəhərli kimyəvi maddə hesab olunan civəni satmaq istəmələri barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlərlə nəticəsində həmin şəxslər – İ.Yusifov və M.Babayev polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan ümumilikdə 970 qram ağır metal olan civə […]
Yayda Gün Yanıqları Zamanı Nə Etməli?
Yay mövsümünün gəlişi ilə birlikdə dəniz, çimərlik və açıq havada vaxt keçirmək istəyi artır. Lakin günəş şüalarının altında qorunmasız uzun müddət qalmaq ciddi gün yanıqlarına səbəb ola bilir. Gün yanığı, dərinin ultrabənövşəyi (UV) şüalara həddindən artıq məruz qalması nəticəsində yaranan kəskin bir iltihab reaksiyasıdır. Bu problem özünü dərinin qızarması, şişməsi, ağrı, qızdırma və bəzən də […]
Valideynlərin DİQQƏTİNƏ: Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI
“2026-2027-ci tədris ili üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbul prosesinin növbəti həftə ərzində aktivləşdirilməsi nəzərdə tutulur”. Canlixeber.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Açıqlamada bildirilib ki, qeydiyyat ilə bağlı dəqiq tarixlər, həmçinin digər məlumatlar yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq: “Qəbul prosesi ilə bağlı yenilikləri agentliyin rəsmi internet […]
