1 min read

“İmişli” “Kəpəz”dən ayrılan Yusif İmanovu heyətinə qatdığını açıqlayıb

“İmişli” klubu “Kəpəz”dən ayrılan qapıçı Yusif İmanovu transfer edib. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 23 yaşlı qolkiperlə “2+1” illik müqavilə imzalanıb. Xatırladaq ki, Yusif İmanov “Sabah” və Kosovonun “Malişeva” komandasında da çıxış edib.

1 min read

Turan Tovuz yeni qapıçı transfer edib

“Turan Tovuz” komandası yeni qapıçı transfer edib. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb Bildirilib ki, rusiyalı qapıçı Aleksey Kenyaykinlə 2 illik müqavilə bağlanıb. “27 yaşlı Kenyaykin ilk dəfə legioner həyatı yaşayacaq. 199 santimetr boyu olan qolkiper karyerası ərzində “Orenburq”, “Torpedo” (Moskva), “Volqa” (Ulyanovsk) klublarının formasını geyinib”, – deyə məlumatda qeyd edilib.