June 2026
Bu il 23 mindən çox müəllim sertifikatlaşdırmadan keçəcək
2026-cı il üzrə sertifikatlaşdırma prosesində 23 mindən çox təhsilverən iştirak edəcək. Canlixeber.com xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, 2026-cı il üzrə sertifikatlaşdırma prosesinə hazırlıq işləri yekunlaşıb: “Cari ildə ilk dəfə olaraq Tarix, Texnologiya, Musiqi, Təsviri incəsənət və Fiziki tərbiyə fənləri də prosesə daxil edilib. Ümumilikdə, cari ildə 23 min nəfərdən çox […]
Restoranın paltar dolabından 5 min dollar oğurlayan şəxs saxlanılıb
Paytaxtın Nərimanov rayonunda talama cinayəti qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. zərərçəkən polisə müraciət edərək gödəkcəsinin cibindən 5000 dollar nağd pulun naməlum şəraitdə oğurlandığını bildirib.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı İ.Süleymanov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun restoranların birində […]
FHN xəbərdarlıq edib
Havanın isinməsi ilə əhalinin istirahət üçün üz tutduğu məkanlardan biri də su hövzələridir. Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən bu məkanlarda təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur. Canlixeber.com xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidmətnin məlumatında qeyd edilib. Qeyd olunanları […]
Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları ilə birgə keçirdikləri növbəti tədbir zamanı qanunsuz balıq ovu ilə məşğul olan daha bir şəxsi aşkar ediblər. Canlixeber.com xəbər verir ki, araşdırmalarla müəyyən olunub ki, Bakı şəhər sakini, 57 yaşlı N.Əliyev Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində, Xəzər dənizində qanunsuz balıq ovu ilə […]
AZAL Bakı-Naxçıvan reyslərini bərpa etdi
AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub və uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir. Canlixeber.com xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib. Qeyd edilib ki, bölgədə hava şəraitinin sabitləşməsindən sonra sözügedən marşrutla reyslərin yerinə yetirilməsi normal rejimdə davam etdirilir
Şəmkirdə”Ford” “KamAz”a çırpıldı, ölən var
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. “Ford Transit” markalı avtomobil “KamAz” markalı yük avtomobilinin qoşqusuna çırpılıb. Nəticədə “Ford” markalı avtomobilin sürücüsü, Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Rəşad İbrahimov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Polis 47 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 47 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, yabanı halda bitmiş 3,4 ton çəkidə 16345 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.
Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürüb
Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb. 2008-ci il təvəllüdlü İlkin Hüseynov idarə etdiyi VAZ markalı avtomobillə həmkəndlisi, piyada, 1964-cü il təvəllüdlü Ramazan Əliyevi vurub. Yaralı xəstəxanaya aparılsa da, 62 yaşlı piyadanın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Rüfət Səfərova hökm oxundu
Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı Rüfət Səfərovun 9 il müddətinə azadlıqdan məhrum […]
Kürdəmirdə gənc oğlan batıb
Şirvan suvarma kanalının Kürdəmir rayonu, Ərəb Qubalı kəndindən keçən hissəsində bir nəfər batıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub. Dalğıclar tərəfindən 1998-ci il təvəllüdlü Emil Həsənovun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti […]
