Samux
Samuxun qarayara aşkarlanan kəndində nəzarət postu quruldu
Samux rayonunun Alıuşağı kəndində post quraşdırılıb. Canlixeber.com xəbər verir ki, avtomobillərin hərəkəti tam şəkildə açıqdır. Postda əsasən kənd ərazisindən ət və süd məhsullarının daşınmasına nəzarət olunur. Burada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Baytarlıq İdarəsinin rəsmiləri də var. Yol üzrə hərəkət edən avtomobilər dezinfeksiya edilir. Bundan əlavə kənddə olan iri təsərrüfatlarda dezbaryerlər yaradılıb. Məlumat üçün bildirək ki, […]
Kənd Təsərrüfatı Nazirliyi: Samuxda təsərrüfatda epizootik vəziyyət nəzarətdə saxlanılır
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə daxil olmuş məlumat əsasında Samux rayonunun Alıuşağı kəndində yerləşən heyvandarlıq təsərrüfatında qarayara xəstəliyinə şübhə yaradan hadisə ilə əlaqədar Gəncə şəhər və Samux rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri (HSBX) idarələrinin əməkdaşları tərəfindən təsərrüfatda ilkin epizootoloji araşdırma və baytarlıq tədbirləri həyata keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Kənd […]
Samuxda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ – Xəstəxanaya yerləşdirilənlər var
Samux rayonunda qidadan kütləvi zəhərlənmə olub. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata görə, zəhərlənmə səbəbindən 5 nəfər Gəncə şəhərində yerləşən Abbas Səhhət adına Birləşmiş Xəstəxananın İnfeksion xəstəliklər bölməsinə yerləşdirilib. Məlumata əsasən, zəhərlənmənin ət məhsulundan baş verdiyi ehtimal olunur. Xəstəxanaya yerləşdirilən şəxslərin Kəlbəcər və Daşkəsən rayonlarından, həmçinin Gəncə şəhərindən olduğu […]
Samuxda Kürdə bir nəfər batıb
Samux rayon ərazisində 1 nəfər Kür çayında batıb. Canlixeber.com xəbər verir ki, hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, Kür çayında bir nəfər boğulub. Hazırda hadisə yerinə FHN xilasediciləri cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Samuxda çobanın meyiti aşkarlandı
Samuxda sahədə çobanın meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində yerləşən kəndlərdən birində qeydə alınıb. Füzuli kənd sakini, 1969-cu il təvəllüdlü Zöhrab İlyasovun yataqlardan birində meyiti aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əmıkdaşları cəlb olunub. 57 yaşlı şəxsin çobanlıqla məşğul olduğu ehtimal edilir. Faktla bağlı araşdırma başlanılıb.
Gəncə və Samuxda yas mərasimlərində 48 nəfər zəhərlənib
Son günlər Gəncə və Samuxda yas mərasimlərində ardıcıl baş vermiş qida zəhərlənmələrində ümumilikdə 48 nəfər zərərçəkən olub. Canlixeber.com xəbər verir ki, bunu AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova AQTA-nın 6 ayın yekunlarına həsr olunan mətbuat konfransında deyib. O bildirib ki, ortaq istehlak edilən lavaşın zəhərlənmələrə səbəb olduğu müəyyən edilib: “Laborator nəticələr əldə edildikdən sonra […]
Samuxda qəza olub, 3 nəfər ölüb, 1 nəfər yaralanıb
Samuxda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub. Canlixeber.com xəbər verir ki, “VAZ 2107″ ilə “Mercedes” markalı minik avtomobillərinin toqquşması zamanı 1975-ci il təvəllüdlü S. Əhmədov, 1987-ci il təvəllüdlü F. Əhmədova və 1962-ci il təvəllüdlü A. Alıyeva ölüb. Hadisə zamanı iki nəfər də ağır xəsarət alıb. Hadisə yerinə FHN Gəncə Regional Mərkəzinin […]
Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə “Ford” markalı nəqliyyat vasitəsinin sürücüsü E.Həsənov saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı müvafiq etibarnamə olmadan avtomobil idarə edən həmin şəxsin hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Müayinə […]
Sabah Goranboy və Samuxun bəzi ərazilərində qaz kəsiləcək
Sabah Goranboy və Samux rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Gəncə Regional Qaz İstismarı İdarəsindən məlumat verilib. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 23-də saat 10:00-dan işlər yekunlaşanadək Goranboy rayonun Hazırəhmədli kəndi və Samux rayonun Qarayeri qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Samuxda Kür çayının yaxınlığında yeniyetmənin meyiti tapılıb
Samux rayonunda 17 yaşlı yeniyetmənin meyiti aşkarlanıb. Canlixeber.com APA-ya istinadla xəbər verir ki, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsinin yaxınlığında qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü E. Məmmədovun meyiti sözügedən ərazidə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. İlkin məlumata əsasən, yeniyetmənin ürək tutmasından vəfat etdiyi ehtimal olunur. Bildirilib ki, onun […]
