Bədbəxt hadisə
Məşhur şirkətin inşa etdiyi binada BƏDBƏXT HADİSƏ: Ölən var
Bakıda çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan şirkət cərimə olunub. Canlixeber.com “Teleqraf”a istinadla xəbər verir ki, “Teymuroğlu Construction” Mənzil Tikinti Kooperativində (MTK) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi araşdırma aparıb. Məlum olub ki, MTK-nın işçisi Ə.Əsgərxanov əmək funksiyalarının icrası zamanı bədbəxt hadisə nəticəsində ölüb. Təhqiqat zamanı Əsgərxanovun […]
Bakıda qardaşıgilə qonaq gələn qız faciəli şəkildə öldü
Bakıda 24 yaşlı qız faciəli şəkildə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib. Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Ə.Quliyeva qonaq olduğu qardaşının evində 8-ci mərtəbədən ehtiyatsızlıqdan yıxılaraq ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Mehman Həsən oğlu Baytev yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəstəxanaya çatdırılan M.Baytevə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
