June 2026
Azad olunmuş ərazilərdə Qan Bankının regional bölmələri yaradılacaq
Yaxın zamanlarda azad olunmuş ərazilərdə Qan Bankının regional bölmələrinin yaradılması planlaşdırılır. Canlixeber.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramiq Quliyev Ümumdünya Qan Donoru Gününə həsr olunan tədbirdə deyib. O hazırda ölkə üzrə Qan Bankının 8 regional bölməsinin olduğunu vurğulayıb: “Yaxın vaxtlarda azad edilmiş iki iqtisadi rayonda da regional bölmənin açılması planlaşdırılır”. […]
Polşada azərbaycanlı sürücüyə HÜCUM OLUB
Polşada azərbaycanlı sürücü zorakılığa məruz qalıb. Canlixeber.com xəbər verir ki, həmin ölkədə yaşayan soydaşlarımız məlumat verib. Məlumata əsasən, hadisə paytaxt Varşavada qeydə alınıb. Polşa vətəndaşı olan şəxs azərbaycanlı sürücünün avtomobilinə hücum edərək, xeyli zərər vurub. Bildirilib ki, həmin şəxs səbəb kimi dayanma-durma qaydalarının pozulmasını bəhanə edib: “Bu zaman azərbaycanlının avtomobilində olan qadın sərnişin cinayətkara etiraz […]
Yol polisindən sürücülərə növbəti müraciət
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonları və qeyri-iş günlərində respublikanın avtomobil yollarında nəqliyyat axınının əhəmiyyətli dərəcədə artdığını bildirib. Canlixeber.com xəbər verir ki, idarə bununla bağlı sürücülərə müraciət edib. “Hərəkət intensivliyinin yüksəlməsi fonunda yol hərəkəti qaydalarının pozulması yol-nəqliyyat hadisələrinin başvermə riskini də artırır. Bu səbəbdən yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə ölkə ərazisində nəzarət və […]
Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü
Türkiyənin Ağrı vilayəti ərazisində Azərbaycan vətəndaşı həbs edilib. Canlixeber.com yerli mediaya istinadən xəbər verir ki, Diyadin rayonu ərazisində şübhəli nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən saxlanılıb. Avtobusun sərnişinlərinin üzəriləri və yükləri yoxlanılarkən Azərbaycan vətəndaşının çantasından 1.5 kiloqram narkotik vasitə olan heroin aşkar edilib. Həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
İtkin düşmüş 5 nəfər tapıldı
Azərbaycanda itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. İyunun 12-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Kəlbəcər sakini Gəncədə ağacdan yıxılaraq ölüb
Kəlbəcər sakini Gəncədə bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsi AKTA 6 ünvanında baş verib. 1964-cü il təvəllüdlü Bəhram Aslanov tut ağacından yıxılaraq, hadisə yerində vəfat edib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Dələduzluq edən 12 nəfər saxlanıldı
Azərbaycanda dələduzluq etməkdə ittiham olunan 12 nəfər məsuliyyətə cəlb edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, polis əməkdaşlarının ötən gün keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Azərbaycanın voleybol milliləri Avropa Liqasında növbəti oyunlarına bu gün çıxacaqlar
Azərbaycanın qadın və kişilərdən ibarət voleybol milliləri Avropa Liqasında növbəti oyunlarını bu gün keçirəcəklər. Canlixeber.com xəbər verir ki, qadınlardan ibarət komanda Şimali Makedoniya ilə üz-üzə gələcək. İspaniyada təşkil olunacaq qarşılaşma Bakı vaxtı saat 20:30-da start götürəcək. Azərbaycan millisi 3 xalla 11-ci, hazırda xalı olmayan Şimali Makedoniya 23-cü pillədə qərarlaşıb. Kişilərdən ibarət kollektiv isə İspaniya seçməsi […]
Avropa Kuboku: Azərbaycanın 3×3 basketbol komandaları seçmə mərhələdə mübarizəyə başlayır
Azərbaycanın 3×3 basketbol üzrə qadın və kişilərdən ibarət milli komandaları Avropa Kubokunun seçmə mərhələsində mübarizəyə başlayacaq. Canlixeber.com xəbər verir ki, kişilərdən ibarət kollektiv Kosovoda təşkil olunacaq turnirdə bu gün Albaniya, Malta və San Marino ilə üz-üzə gələcək. Qadınlardan ibarət yığma isə A qrupunda Kipr və Maltanı sınağa çəkəcək. Hər iki qrupda növbəti matçlar iyunun 14-də […]
Bakıda 76 yaşlı kişi yıxılaraq ölüb
Paytaxtda 76 yaşlı kişi yıxılaraq ölüb. Canlixeber.com xəbər verir ki, Xocəsən qəsəbə sakini, 1950-ci il təvəllüdlü Famil Nazim oğlu Abdullayev yaşadığı evdə ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilən F.Abdullayev orada həyatını itirib. Binəqədi rayon Prokurorluğunda faktla bağlı araşdırma aparılır.
