1 min read

Göyçayda avtoxuliqanlıq edən sürücülər həbs olunublar

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər zamanı avtoxuliqanlıq edən sürücülər Nihat Rəhimli, Cavidan Sədiyev və Cahid Məmmədov saxlanılıblar. Canlixeber.com xəbər verir ki, onlar idarə etdikləri avtomobillərlə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozublar. Sürücülər barəsində protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslərin sürücülük […]

1 min read

Azərbaycanda 5.1 maqnitudalı zəlzələ olub

Azərbaycanda zəlzələ olub. Canlixeber.com xəbər verir ki, yeratı təkan bir neçə rayonda hiss edilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Qəbələ stansiyasından 11 km cənub-qərbdə Qəbələ rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5 – 3 bala qədər hiss olunub.

1 min read

TƏBİB tabeli 4 xəstəxanada yoxlama aparılır

TƏBİB tərəfindən Respublika Neyrocərrahiyyə Xəstəxanası, Nizami Tibb Mərkəzi, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında yoxlama və araşdırma tədbirləri həyata keçirilir. Canlixeber.com xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, prosesin ölkə üzrə digər tabeli tibb müəssisələrində də davam etdirilməsi nəzərdə tutulur.

1 min read

Xəzər rayonunda 13 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirlərlə paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 22 yaşlı Cahid İbrahimov saxlanılıb. Ondan 13 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə C.İbrahimov barəsində […]

1 min read

Masallıda 69 yaşlı qadın qətlə yetirilib

Masallıda qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Şıxlar kəndində qeydə alınıb. Kənd sakini 1957-ci il təvəllüdlü Elmira Əmənovanın üzərində xəsarətlər olan meyiti evində tapılıb. İlkin məlumata görə, 69 yaşlı qadın yaşadığı evdə baltalanaraq qətlə yetirilib, bu, tamah məqsədilə törədilib. E.Əmənovanın qohumu Həsrət Əmirovun APA-ya verdiyi xəbərə görə, mərhumun meyitinin yanında yanında […]

1 min read

Müsadirə olunmuş külli miqdarda narkotik məhv edilib

İyun ayının 11-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv edilmə prosesi həyata keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Tədbir zamanı Dövlət […]

1 min read

XİN-in vəzifəli şəxsi vəfat etdi

Ötən gecə vəfat edən diplomat Dursun Həsənov hazırda Xarici İşlər Nazirliyində işləyirmiş. Canlixeber.com xəbər verir ki, o, nazirliyin Dövlət Protokolu İdarəsinin müşaviri vəzifəsində çalışırmış. D.Həsənov evində dünyasını dəyişib. Diplomatın ölümünə qəfil ürəktutması səbəb olub. Qeyd edək ki, D.Həsənov 2016-2020-ci illərdə Azərbaycanın Gürcüstandakı səfiri olub. O, Azərbaycanın İspaniya və Andorradakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənovun […]

1 min read

“Sabah” onun üçün 720 min ödədi

“Sabah”ın son transferi Eyden Makkartinin transferi üçün “Kayzer Çifs”ə ödədiyi məbləği açıqlanıb. Canlixeber.com xəbər verir ki, “African Times” qəzeti Azərbaycan çempionunun cənubi afrikalı oyunçuya görə 7.000.000 rand (təxminən 720.000 manat) transfer məbləği ödədiyini yazıb. Qeyd edək ki, 22 yaşlı futbolçu “Kayzer Çifs”in yetirməsidir.

1 min read

Gəncədə 63 yaşlı kişi qətlə yetirilib

Gəncədə qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, 1963-cü il təvəllüdlü F. Əliyev bıçaqlanaraq qətlə yetirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 29 yaşlı Ramazan Əliyev saxlanılaraq istintaqa təhvil verilib. İlkin məlumata görə, hər iki şəxs qohum olub. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. Bildirilib ki, düşən dava zamanı qətlə yetirilən […]