Ölüm hadisəsi
BDU-nun professoru vəfat etdi
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının professoru, tarix elmləri doktoru Əmrah Dadaşov vəfat edib. Canlixeber.com xəbər verir ki, mərhum 87 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, uzun illər fakültədə qiyabi təhsil üzrə dekan müavini olub. 2006-cı ildə professor elmi adı alıb.
Qazaxın Çaylı kəndində kişi meyiti aşlarlanıb
Qazax rayonunda 1966-cı il təvəllüdlü Elçin Məmmədovun meyiti aşkar edilib. Canlixeber.com xəbər verir ki, 60 yaşlı kişinin cansız bədəni Çaylı kəndində açıq sahədə həmkəndililəri tərəfindən tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırça başlanılıb.
İsmayıllıda qəzada 3 nəfər ölüb
İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, “Opel” markalı avtomobillə motosikletin toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan 2 nəfər, eləcə də motosikletin sürücüsü ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Ehtiyatda olan 1-ci dərəcəli kapitan vəfat etdi
Ehtiyatda olan 1-ci dərəcəli kapitan vəfat edib. Canlixeber.com xəbər verir ki, 40 ilə yaxın Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edən, ehtiyatda olan 1-ci dərəcəli kapitan (polkovnik) Manafov Səttar Qəzənfər oğlu dünyasını dəyişib. Qeyd edək ki, Səttar Manafov Hərbi Dəniz Qüvvələrində xidmət etməklə yanaşı, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində kafedra müdiri və Təlim-Tədris Mərkəzinin rəisi […]
46 yaşlı qadın qızdırmadan öldü
Ağdaşda 46 yaşlı qadın vəfat edib. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Hapıtlı kəndində qeydə alınıb. Belə ki, 1980-ci il təvəllüdlü Azadə Əliyeva Ağdaş rayon Mərkəzi Xəstəxanasında vəfat edib. İlkin ehtimala görə, qadının hərarətdən öldüyü bildirilir. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin yerli şöbəsinə yerləşdirilib. Faktla bağlı Ağdaş rayon Prokurorluğunda […]
Odessa yaxınlığında həlak olan azərbaycanlı kapitan torpağa tapşırıldı
Ukraynanın Odessa limanı yaxınlığında dron hücumu nəticəsində vurulan mülki yük gəmisinin kapitanı, əslən Lənkəran rayonundan olan Səməd Nəsrullayev son mənzilə yola salınıb. Canlixeber.com xəbər verir ki, mərhumun nəşi bu gün səhər saatlarında doğulduğu Lənkəran rayonunun İkinci Balıqçılar məhəlləsinə gətirilib. Burada ailə üzvləri, yaxınları və kənd sakinləri onunla vidalaşıblar. Vida mərasimindən sonra Səməd Nəsrullayev insanların izdihamlı […]
Kevinin dostu vəfat etdi
“Oskar” mükafatlı məşhur irlandiyalı aktrisa Brenda Friker 81 yaşında vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb. Aktrisanın ölüm səbəbi hələlik açıqlanmayıb. Məlumat üçün bildirək ki, Brenda Frikerə ən böyük məşhurluğu 1989-cu ildə çəkilən “Mənim sol ayağım” (My Left Foot) dramındakı rolu gətirib. O, Daniel Dey-Lüisin canlandırdığı baş qəhrəmanın anası obrazına görə […]
Azərbaycanda baş müəllim VƏFAT ETDİ
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi Vaqif Nəbiyev vəfat edib. Canlixeber.com xəbər verir ki, o, 79 yaşında dünyasını dəyişib. Belə ki, Vaqif Nəbiyev 1999-cu ildən Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi olub.
Polşada müəmmalı şəkildə yoxa çıxan azərbaycanlı iş adamının avtomobili çaydan tapılıb
Polşada müəmmalı şəkildə yoxa çıxan azərbaycanlı iş adamı Rabit Bakıyevin avtomobili çaydan tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə onun yaxınları açıqlama veriblər. Məlumata görə, Polşanın Kostrzyn şəhərində ötən ilin fevral ayından itkin düşən, Gürcüstanın Marneuli bələdiyyəsinin Algeti kənd sakini, 38 yaşlı Rabit Bakıyevin idarə etdiyi avtomobil çayda aşkar edilib. Qeyd edək ki, Rabit Bakıyev […]
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb
Şabran rayonunda 53 yaşlı kişini elektrik cərəyanı vurub. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 15-də qeydə alınıb. 1973-cü il təvəllüdlü Arif Camayev yaşadığı Düzbilici kəndində evinin yaxınlığında artezian quyusunda quraşdırılmış su mühərrikini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb. Araşdırmalar aparılır.
