Şabran
Şabranda həyətində narkotik tərkibli kol yetişdirən şəxs saxlanılıb
Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri qanunsuz olaraq kultivasiya etməkdə şübhəli bilinən 60 yaşlı Sahib İbrahimov saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Ona məxsus həyətyanı sahəyə baxış zamanı qulluq edilərək yetişdirilən, ümumi çəkisi 10 kiloqram olan narkotik tərkibli kollar aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, […]
Şabranda yük və minik avtomobilləri toqquşdu: Ölən var
Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, Gəndob-Yalama yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində yük avtomobili ilə “Hyundai” markalı minik maşını toqquşub. Hadisə zamanı minlik avtomobilində olan sərnişin ölüb, sürücü isə ağır yaralanıb. Faktla bağlı araşdırma aparılır.
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb
Şabran rayonunda 53 yaşlı kişini elektrik cərəyanı vurub. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 15-də qeydə alınıb. 1973-cü il təvəllüdlü Arif Camayev yaşadığı Düzbilici kəndində evinin yaxınlığında artezian quyusunda quraşdırılmış su mühərrikini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb. Araşdırmalar aparılır.
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Şabran rayonunda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Hacıqaraqaşlı kəndində baş verib. Məlumata görə, itkin düşən Çölquşçu kənd sakini 1974-cü il təvəllüdlü Kamil Mirzəyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti kənddə yerləşən göldə tapılıb. Faktla bağlı araşdırma aparılır.
