BDU-nun professoru vəfat etdi
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının professoru, tarix elmləri doktoru Əmrah Dadaşov vəfat edib.
Canlixeber.com xəbər verir ki, mərhum 87 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, o, uzun illər fakültədə qiyabi təhsil üzrə dekan müavini olub.
2006-cı ildə professor elmi adı alıb.
