1 min read

İsmayıllıda iki maşın toqquşub, bir nəfər ölüb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonunun Uştal kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nazirliyin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri qəza yerinə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” və […]

1 min read

DİN Salyanda baş verən qəza ilə bağlı məlumat yaydı

DİN-in Baş Dövlət yol Polisi İdarəsi dünən Salyanda 4 nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb. Canlixeber.com xəbər verir ki, iyulun 20-si saat 18:00 radələrində Salyan rayonunun Şorsulu kəndinin ərazisində həmin kəndin sakini Nazim Qasımovun idarə etdiyi “VAZ” markalı avtomobillə, əks istiqamətdə hərəkətdə olan Alçalı kənd sakini Razi Dadaşovun idarə etdiyi “Toyota” markalı avtomobil toqquşub. […]

1 min read

Kanada bankında direktor müavini olan azərbaycanlı gənc FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

Kanadanın Toronto şəhərində yaşayan gənc soydaşımız vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. O, “RBC Bank”da səhm qiymətləndirilmə üzrə direktor müavini vəzifəsində çalışıb. Cavid Babazadənin çoxmərtəbəli binadan yıxılması nəticəsində həyatını itirdiyi bildirilir.

1 min read

Qazaxda ata və qızı göldə batıb

Qazaxda iki nəfər göldə batıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Didvan gölündə qeydə alınıb. Belə ki, Canallı kənd sakinləri Rafael Xəlilov və onun qızı Rəvanə Xəlilova göldə batıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub, batan şəxslərin meyitləri göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 min read

Biləcəridə hoteldə meyit tapılıb

Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən hoteldə meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 18-də baş verib. Hoteldə Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü İ.İbrahimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı otaqda tapılıb. Araşdırma aparılır.

1 min read

Naxçıvanda avtomobil qəzasında bir nəfər həyatını itirib

Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu Yeni Kərki kəndi ərazisində yol-nəqliyyat qəzası baş verib. Canlixeber.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıblar. Məlumatla əlaqədar hadisə yerinə dərhal Kəngərli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili yoldan […]