İsmayıllıda qəzada 3 nəfər ölüb
1 min read

İsmayıllıda qəzada 3 nəfər ölüb

İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, “Opel” markalı avtomobillə motosikletin toqquşub.

Hadisə nəticəsində minik avtomobilində olan 2 nəfər, eləcə də motosikletin sürücüsü ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.