1 min read

Bakıda QƏZA: Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Davud Zəhvər oğlu Nəsirov idarə etdiyi BYD markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1975-ci il təvəllüdlü Rauf Arif oğlu Qafarovu vurub. Nəticədə, piyada aldığı xəsarətlərdən həmin gün yerləşdirildiyi Sabunçu Tibb […]

1 min read

Gəncədə moped sürücüsü qəzada öldü

Gəncədə moped sürücüsü qəzada ölüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. “Land Cruser” markalı avtomobil yolla hərəkət edən mopedə çırpılıb. Hadisə zamanı moped sürücüsü aldığı ağır bədən xəsarətlərindən yerindəcə vəfat edib. İlkin məlumata görə, qəzada ölən 2004-cü il təvəllüdlü sürücü Amin İsmayılov kuryer işləyirmiş. Hadisə yerinə yol polisi əməkdaşları cəlb […]

1 min read

Sirkədən zəhərlənən kişi 10 gün sonra öldü

Bakıda sirkədən zəhərlənən kişi xəstəxanada vəfat edib. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 12-də Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Beyləqan rayon sakini Yalçın Abdullayev sirkədən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilsə də, iyunun 22-də orada vəfat edib. Onun hansı şəraitdə sirkə turşusu içdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

1 min read

26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı

Bərdə rayonunda kanaldan meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 2000-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Məşhur şirkətin inşa etdiyi binada BƏDBƏXT HADİSƏ: Ölən var

Bakıda çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan şirkət cərimə olunub. Canlixeber.com “Teleqraf”a istinadla xəbər verir ki, “Teymuroğlu Construction” Mənzil Tikinti Kooperativində (MTK) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi araşdırma aparıb. Məlum olub ki, MTK-nın işçisi Ə.Əsgərxanov əmək funksiyalarının icrası zamanı bədbəxt hadisə nəticəsində ölüb. Təhqiqat zamanı Əsgərxanovun […]

1 min read

Bakıda DÖRD NƏFƏR dənizdə batdı: İkisinin meyiti tapıldı

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə batan şəxslərdən ikisinin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Namiq İsabala oğlu Əzimovun və 2005-ci il təvəllüdlü Elnur İsa oğlu Əbdülovun meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər […]

1 min read

Bakıda qardaşıgilə qonaq gələn qız faciəli şəkildə öldü

Bakıda 24 yaşlı qız faciəli şəkildə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib. Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Ə.Quliyeva qonaq olduğu qardaşının evində 8-ci mərtəbədən ehtiyatsızlıqdan yıxılaraq ölüb. Faktla bağlı araşdırmalar aparılır.

1 min read

Mingəçevirdə 35 yaşlı kişinin döyülərək öldürülməsinin TƏFƏRRÜATI

Mingəçevirdə ölümlə nəticələnən davanın təfərrüatı məlum olub. Canlixeber.com , hadisə iyunun 22-də gecə saatlarında Mingəçevir şəhərində yerləşən kafelərdən birinin qarşısında baş verib. Şəhər sakini, 51 yaşlı Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmlini döyərək xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən T.Bəhrəmli aldığı xəsarətlərdən orada ölüb. Məlumata görə, bir müddət əvvəl Tural Bəhrəmli Rafiqin qızını […]

1 min read

İsmayıllıda ağır qəza: Ölən və yaralılar var

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 21-də saat 13 radələrində İvanovka-Qalagah-Göyçay yolunun 13-cü kilometrində Uştal kənd ərazisindən keçən hissədə qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü İsmayıl Rafiq oğlu Mahmudovun idarə etdiyi “Ford” markalı avtomaşınla 1969-cu il təvəllüdlü Elxan Hüseyn oğlu Nağıyevin idarə etdiyi VAZ-2106 avtomobili toqquşub. Nəticədə, VAZ-dakı […]

1 min read

Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Mehman Həsən oğlu Baytev yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəstəxanaya çatdırılan M.Baytevə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.