Bakıda 40 yaşlı kirayənişin balkondan yıxılıb öldü
1 min read

Bakıda 40 yaşlı kirayənişin balkondan yıxılıb öldü

Bakıda 40 yaşlı kişi eyvandan yıxılıb ölüb.

Canlixeber.com xəbər verir ki, hadisə avqustun 6-da gecə saat bir radələrində paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Mingəçevir şəhər sakini 1986-cı il təvəllüdlü Rəvan Elbrus oğlu Abdurahmanov ehtiyatsızlıqdan kirayə yaşadığı evin eyvanından yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar aparılır.