Lerik rayonu
Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Lerik Rayon Təhsil Sektorunun müdiri Zöhrab Salayev 65 yaşında vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar. Onun hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil. Qeyd edək ki, Zöhrab Salayev 1960-cı ildə Lerik rayonunun Rvarud kəndində anadan olub. O, 2012-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.
Lerikdə Vətən müharibəsi qazisi vəfat etdi
Vətən müharibəsi qazisi Şamo İbadov vəfat edib. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, o ağır xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, Şamo İbadov Lerik rayonunda müəllim kimi fəaliyyət göstərb. O, 44 günlük Vətən müharibəsində iştirak etmək üçün müəllimlik fəaliyyətini dayandıraraq könüllü şəkildə döyüşlərə qatılıb.
