1 min read

Yevlaxda baba və nəvəsini avtomobil vurdu: Ölən var

Yevlaxda gecə baş verən qəza zamanı ölən və yaralanan şəxslərin kimlikləri məlum olub. Canlixeber.com “Report”a istinadən xəbər verir ki, idarəetmədən çıxan avtomobil yol kənarındakı Cabbar Əliyevlə onun nəvəsi – 2015-ci il təvəllüdlü Sübhan Əlizadəni vurub. Nəticədə yeniyetmə hadisə yerində keçinib, C. Əliyev isə ağır vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma davam etdirilir.

1 min read

Azərbaycanda elmlər doktoru vəfat etdi

Akademik Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun baş elmi işçisi, kimya elmləri doktoru İlqar Hacı oğlu Əyyubov vəfat edib. Canlixeber.com xəbər verir ki, o müalicə aldığı xəstəxanada vəfat edib. Qeyd edək ki, İ.Əyyubov mayın 19-da insult keçirərək xəstəxanaya yerləşdirilmişdi.

1 min read

Ağsuda DƏHŞƏTLİ QƏZA: Ölənlər və xəsarət alanlar var

Ağsuda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, hadisə rayonun Dilman kəndi ərazisində qeydə alınıb. BYD markalı minik avtomobil kənd ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı beton bəndə çırpılıb. Avtomobil daha sonra körpüdən Ağsu çayına aşıb.Hadisə nəticəsində avtomobildə olan 1999-cu il təvəllüdlü Kamran Cəfərov və 2004-cü il təvəllüdlü […]

1 min read

Goranboyda evdə yıxılan qadın xəstəxanada öldü

Goranboy rayonunda ölüm faktı qeydə alınıb. Canlixeber.com Teleqraf-a istinadla xəbər verir ki, 1955-ci il təvəllüdlü Löya Nağıyeva xəstəxanada vəfat edib. İlkin məlumata görə, qadın yaşadığı evdə yıxılıb. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb. Qadına ilkin tibbi yardım göstərilib, iynə vurulub. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib. […]

1 min read

Naxçıvanda tanınmış həkim VƏFAT ETDİ

Naxçıvanda tanınmış həkim vəfat edib. Canlixeber.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi görkəmli həkim, uzun illər səhiyyə sahəsində səmərəli fəaliyyət göstərmiş, oftalmoloq Məmməd Məmmədovun vəfatı ilə bağlı məlumat yayıb. Qeyd edək ki, Məmməd Məmmədov uzun illər ərzində Naxçıvanda tibbin inkişafına töhfələr verən tanınmış həkimlərdən biri olub.

1 min read

Biləsuvarda 25 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Biləsuvar rayonunda 25 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. Canlixeber.com “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb. Kənd sakini, 2001-ci il təvəllüdlü Tural İbrahim oğlu Məmmədlini həyətlərində elektrik cərəyanı vuraraq öldürüb.Faktla bağlı araşdırma aparılır.

1 min read

İki rayona rəhbərlik etmiş Almaz Hacıyeva vəfat etdi

Sovet illərində Ağdaş və Saatlı rayonlarına rəhbərlik etmiş Almaz Hacıyeva vəfat edib. Canlixeber.com xəbər verir ki, o, yaşla əlaqədar keçirdiyi xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, Almaz Hacıyeva 1978-82-ci illərdə Ağdaş, 1982-87-ci illərdə isə Saatlı rayonunun birinci katibi (indiki icra başçısı) vəzifəsini icra edib.

1 min read

İran polisindən Azərbaycanın Təbrizdəki konsulunun həlak olduğu qəza ilə bağlı AÇIQLAMA

İran Polis Komandanlığı (FƏRACA) Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun konsulu Ramil İmranovun həlak olduğu avtomobil qəzasının ilkin təfərrüatını açıqlayıb. Canlixeber.com bu barədə “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir. FƏRACA Yol Polisi İdarəsinin rəisi Əhməd Kərimi Əsəd bildirib ki, hadisə şənbə günü günorta saatlarında Mərənd polis yol postunun nəzarət etdiyi ərazidə qeydə alınıb. Məlumata görə, diplomatik […]