1 min read

Seymur Məmmədovun əməliyyat etdiyi daha bir qadın öldü

Bakı şəhər Nəsimi rayonu ərazisində yerləşən “Kəpəz” Hospitalda ölüm hadisəsi baş verib. Canlixeber.com Qafqazinfo.az-a istinadla xəbər verir ki, Almaniya vətəndaşı olan türkəsilli Tulin Turp dünən tibb müəssisəsində keçirdiyi plastik əməliyyatdan sonra vəfat edib. Bildirilib ki, Tulin Turp klinikada estetik cərrah Seymur Məmmədov tərəfindən əməliyyat edilib və səhhətinin kəskin pisləşməsi səbəbindən həyatını itirib. Qeyd edək ki, […]

1 min read

Bakıda 36 yaşlı kişi evində ölü tapıldı

Bakıda mənzildən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 6-da axşam saat 21 radələrində paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Saatlı rayon sakini – 1991-ci il təvəllüdlü Xubayar Ehtibar oğlu Rüstəmzadənin nəşi paytaxtda yaşadığı mənzildə tapılıb. Hadisə yerinə polis əməkdaşları gəliblər və meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Faktla bağlı araşdırmalar aparılır.

1 min read

Bakıda 40 yaşlı kirayənişin balkondan yıxılıb öldü

Bakıda 40 yaşlı kişi eyvandan yıxılıb ölüb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 6-da gecə saat bir radələrində paytaxtın Yasamal rayonu ərazisində baş verib. Mingəçevir şəhər sakini 1986-cı il təvəllüdlü Rəvan Elbrus oğlu Abdurahmanov ehtiyatsızlıqdan kirayə yaşadığı evin eyvanından yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar aparılır.

1 min read

Bakıda ofisdən maklerin meyiti tapıldı

Bakıda ofisdən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 5-də saat 16 radələrində paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Vüqar Məsim oğlu Xəlilovun meyiti işlədiyi ev alqı-satqısı ofisində tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

1 min read

Ağcabədidə qəza: Ölən və yaralanan var

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Salmanbəyli kəndi ərazisində qeydə alınıb. 1986-cı il təvəllüdlü Eldəniz Eldar oğlu Musayev Rüstəm Müzəffər oğlu Əliyevə məxsus “NAZ Lifan” markalı avtomobillə kənddən Ağcabədi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı maneəyə çırpılıb. Nəticədə Eldəniz Musayev aldığı xəsarətlərdən […]

1 min read

Gəncədə restoranın qarşısında KÜTLƏVİ DAVA – Ölən və xəsarət alanlar var

Gəncə şəhərində restoranın qarşısında başlayan kütləvi dava qanla bitib. Canlixeber.com xəbər verir ki, dava zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov aldığı bıçaq yarasından hadisə yerində dünyasını dəyişib. Bundan başqa 1995-ci il təvəllüdlü Rahib Bayramlı, 1998-ci il təvəllüdlü Tural İlyasov və onun həmyaşıdı Azamat Peşerskiy bıçaq xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Qətli törətməkdə şübhəli […]

5 mins read

Qayınatasını yumruqla vuraraq öldürən şəxsə hökm oxundu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qayınatasını yumruqla vuraraq öldürməkdə təqsirləndirilən şəxs Orxan Kərimzadənin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 9 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə 2025-ci ilin sentyabrın 26-da Xaçmaz rayonunun Xudat şəhərində baş […]

1 min read

Ələt qəsəbəsində dənizdə batan şəxsin CƏSƏDİ TAPILIB

Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə batan şəxsin cəsədi sudan çıxarılıb. Canlixeber.com xəbər verir ki, 2011-ci il təvəllüdlü Həsən Asif oğlu Əlihəsənovun cəsədini vətəndaşlar suyun üzərində görüblər. Qeyd edək ki, o ən yaxın sularda xilasetmə məntəqəsindən 15 kilometr aralıda yerləşən nəzarətsiz dəniz ərazisində batmışdı.