Qobustanda avtomobil işıq dirəyinə çırpılıb, ölən var
1 min read

Qobustanda avtomobil işıq dirəyinə çırpılıb, ölən var

Qobustan rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb.

“Hyundai” markalı avtomobilin idarəetmədən çıxaraq işıq dirəyinə çırpılması nəticəsində sürücü, 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.