Sabah Basketbol Klubu
“Sabah” FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə ilk oyununa çıxacaq
“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə ilk oyununa çıxacaq. Canlixeber.com xəbər verir ki, Azərbaycan çempionu A qrupundakı birinci qarşılaşmasını Litvada “Ritas”a qarşı keçirəcək. Görüş bu gün, Bakı vaxtı ilə saat 20:30-da “Vilnüs Arena”da start götürəcək. Xatırladaq ki, A qrupunda Fransanın “Nanter 92” və Türkiyənin “Trabzonspor” klubları da yer alıblar.
“Sabah” basketbol klubu Tajuan Eydjini transfer edib
“Sabah” basketbol blubu heyətini gücləndirib. Canlixeber.com xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb. Bildirilib ki, klub amerikalı basketbolçu Tajuan Eydji ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. 28 yaşlı, 203 sm boya malik hücum oyunçusu 2025/2026 mövsümünü Fransanın “Burk” klubunda keçirib. Eydji ötən mövsüm sözügedən komandanın heyətində “Euro Cup” çempionluğunu qazanıb. T.Eydji Avropa klub […]
“Sabah” basketbolçusu Castin Tillmanla vidalaşıb
“Sabah” klubu basketbolçusu Castin Tillman ilə vidalaşıb. Canlixeber.com xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb. Oyunçu ilə qarşılıqlı razılıq əsasında yollar ayrılıb. Xatırladaq ki, C.Tillman 2025/2026 mövsümünün əvvəlində “Sabah”ın heyətinə qoşulub və komandanın uğurlu mövsümündə mühüm rol oynayıb. O, “Sabah”la Azərbaycan Basketbol Liqasının (ABL) çempionu olub və ABL final seriyasının MVP-si seçilib.
“Sabah” amerikalı basketbolçu Evan Bruinsmanı heyətinə qatıb
“Sabah” basketbol klubu amerikalı forvard Evan Bruinsmanı heyətinə qatıb. Canlixeber.com xəbər verir ki, 202 sm boya malik hücumçu ilə müqavilənin müddəti 1 ildir. O, karyerası ərzində Lüksemburq, Çexiya, Bolqarıstan, Niderland, Macarıstan, Almaniya, İsrail və Türkiyə çempionatlarında çıxış edib. Qeyd edək ki, E.Bruinsma Niderlandın “Donar” və Macarıstanın “Falko Sombathey” komandaları ilə ölkə çempionu, həmçinin kubokun qalibi […]
“Sabah” ABŞ-dən olan basketbolçu Kuinsi Ballardla müqavilə imzalayıb
“Sabah” heyətinə ABŞ-dən olan daha bir basketbolçu qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubdan məlumat verilib. Kuinsi Ballardla anlaşma əldə olunub. 25 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb.
