Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi
Şamaxıda sürücülük vəsiqəsi almaqda kömək göstərmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Canlixeber.com xəbər verir ki, Şamaxı sakinini aldatmaqda təqsirləndirilən Sabirabad rayon sakini Xəqani Məmmədova (soyad şərtidir – red.) hökm oxunub. Məhkəmənin hökmü ilə X.Məmmədova iki il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və ona elektron nəzarət qolbağı tətbiq […]
Bu gün hava necə olacaq?
Oktyabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu […]
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Fərmana dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, büdcədənkənar vəsaitlər […]
İlham Əliyev Vladimir Putinə zəng etdi
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlətimizin başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətində yeni uğurlar arzulayıb. Rusiya prezidenti təbrikə və göstərilən diqqətə […]
Gəncədə evdən meyit tapıldı
Gəncədə 70 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisindəki evlərdən birində qeydə alınıb. Şəhər sakini, 1956-cı il təvəllüdlü Azər Balı oğlu Xəlilovun üzərində zorakılıq əlamətləri olmayan meyiti yaşadığı mənzildə aşkarlanıb. Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.
Bir manata görə üç il həbs cəzası aldı
Bakıda sosial şəbəkədə tanımadığı qadını şantaj edən 1992-ci il təvəllüdlü Y.M-ya hökm oxunub. Canlixeber.com xəbər verir ki, o, qarşı tərəfdən hədə-qorxu ilə 200 AZN istəyib. Qadın isə həmin şəxsin əsl kimliyini üzə çıxarmaq üçün onun göndərdiyi bank kartına bir manat ödəniş edib. Bu zaman qadın onun saxta profildən istifadə etdiyini və əsl adını müəyyənləşdirib, polisə […]
Pensiyalar nə vaxt ödəniləcək?
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətlərin və ünvanlı dövlət sosial yardımlarının isə bu ayın 23-dən gec olmayaraq ödənilməsi nəzərdə […]
Azərbaycanda ov mövsümü başlayır – Tarix açıqlandı
“Ov Məsələləri üzrə Koordinasiya Şurası”nın növbəti iclası keçirilib və oktyabrın 10-dan etibarən ov mövsümünün açıq elan edilməsinə qərar verilib. Canlixeber.com xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib. Xidmət rəsmisi qeyd edib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatları Ekologiya […]
Avtomobil dağlıq yolda 70 metr məsafədə dərəyə yuvarlandı
Astara rayonunda, dağlıq relyefə malik Hamoşam kəndi ərazisində, meşə massivindən keçən yolda hərəkətdə olan “VAZ 2121” markalı avtomobil yoldan çıxaraq təxmin 70 metr məsafədə dərəyə yuvarlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, nəticədə avtomobilin sürücüsü, Reqloba kənd sakini 60 yaşlı Əlikram Ağayev hadisə yerində həyatını itirib. […]
Bakıda qadın qətlə yetirildi – Əri saxlanıldı
Bakıda ər arvadını qətlə yetirib. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Museyib Əhmədov şəxsi münaqişə zəminində arvadı 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəni bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. F.Rəhmənzadə xəstəxanada dünyasını dəyişib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli […]
