Xəbər lenti
Sonuncu xəbərlər
Nəsimi rayonunda avtomobildən oğurluq edən şəxs saxlanılıb
Nəsimi rayonunda avtomobildən naməlum şəraitdə 2500 manat dəyərində 2 ədəd mobil telefon oğurlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı B.İsmayılov müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Sumqayıtda oğurluq edən şəxs saxlanılıb
Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib. Zərərçəkən polisə müraciət edərək yaşadığı evdən ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyalarının talandığını bildirib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bilidirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı R.Quliyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun bundan […]
Mahsun Kırmızıgül Bakıda bu şəxsin toyuna gəlibmiş – DETALLAR
Ötən gün məşhur türkiyəli müğənni Mahsun Kırmızıgül toy məclisində iştirak etmək üçün Bakıya gəlib. Canlixeber.com xəbər verir ki, sənətçi tanınmış iş adamının oğlunun toyunda səhnə almaq üçün Bakıya üz tutub. M.Kırmızıgül “Aral Group”un rəhbəri və bir sıra biznes obyektlərinin sahibi Ahmet Çetinin oğlu Yusufun toy məclisinə təşrif edib. Toy məclisinə bir sıra yüksək çinli məmurlar, iş […]
“Sədərək”də qorxulu anlar: Partlayış baş verdi
Bakının ən böyük ticarət obyektlərindən biri olan “Sədərək” Ticarət Mərkəzinin qapalı korpuslarından birində yüksək gərginlikli elektrik xətlərində qəfil partlayışlar baş verib. Canlixeber.com todaypresstv.az-a istinadla xəbər verir ki, hadisəyə ilkin səbəb kimi yay mövsümü ilə əlaqədar ticarət mərkəzində soyutma sistemlərinin və digər elektrik avadanlıqlarının eyni anda işlədilməsi nəticəsində şəbəkədə yaranan kəskin yüklənmə göstərilir. Güclü gərginliyə tab gətirməyən […]
20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri təşkil edilib
Paytaxtda 7 ünvanda parklanma yerlərinin bir hissəsi ləğv olunaraq “5.14” – “minik taksilərinin duracaq yeri” və 3.28” – “durmaq qadağandır” yol nişanları quraşdırılmaqla minib-düşmə yerləri təşkil edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, layihənin davamı olaraq: -Məzahir Rüstəmov küçəsi, 7 nömrəli şəhər poliklinikasının, -Lermontov küçəsi, 22 nömrəli […]
Bakının 6 rayonunda yollar təmir olunacaq – SİYAHI
Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində növbəti mərhələyə start verilir. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə paytaxtın inzibati rayonları üzrə təmirə ehtiyacı olan küçə və prospektlərdə kompleks təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur. İlkin mərhələdə Nərimanov, Yasamal, Səbail, Nəsimi, […]
Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq – SİYAHI
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş son dəyişikliklərə əsasən, müəyyən kateqoriyalı vətəndaşlar müddətli həqiqi hərbi xidmətdən ya müvəqqəti möhlət, ya da tam azadolma hüququ əldə edirlər. Canlixeber.com konkret.az-a istinadlaxəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, Azərbaycanda normal şərtlərdə 18 yaşına çatmış bütün kişi cinsli vətəndaşlar hərbi […]
Şüvəlanda it 2 nəfəri qapdı
Qonşunun iti ev sahibinə hücum edərək xəsarət yetirib. Canlixeber.com Xəzər” TV-yə istinadla xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində olub. Xəsarət alan Eldar Hüseynovun sözlərinə görə, bir neçə gün əvvəl giriş qapısı açıq qaldığından qonşuluqdakı it həyətə daxil olub. Heyvan əvvəlcə onun xanımına hücum edib. Eldar Hüseynovun müdaxiləsi zamanı it onu qaparaq müxtəlif bədən xəsarətləri yetirib.
Əsli və Kərəmin məqbərəsi bərpa olunacaq
Təbriz Bələdiyyəsi Əsli və Kərəmin məqbərəsini bərpa etmək qərarına gəlib. Canlixeber.com xəbər verir ki, adları əfsanəyə çevrilmiş və folklor nümunəsinin adında həkk olunmuş bu iki aşiqə aid edilən qəbirlər Təbrizin Qaraməlik rayonunda (Axmaqaya məhəlləsi) Pir Həsən məzarlığının yanında yerləşir. Pir Həsən (yaxud “Qız-Oğlan”) məzarlığı uzun müddətdir yerli əhali üçün müqəddəs sayılır və ziyarət yeri kimi tanınır. Təbriz Bələdiyyəsi bu tarixi türbənin […]
Həftəsonu vətəndaşlardan 3 avtomat, 10 tüfəng aşkarlanaraq götürülüb
İyunun 13-də və 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 10 tüfəng, 11 patron darağı və 362 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat […]
