Nəsimi rayonunda avtomobildən oğurluq edən şəxs saxlanılıb
Nəsimi rayonunda avtomobildən naməlum şəraitdə 2500 manat dəyərində 2 ədəd mobil telefon oğurlanıb.
Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı B.İsmayılov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
