İt dişləməsi
Şüvəlanda it 2 nəfəri qapdı
Qonşunun iti ev sahibinə hücum edərək xəsarət yetirib. Canlixeber.com Xəzər” TV-yə istinadla xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində olub. Xəsarət alan Eldar Hüseynovun sözlərinə görə, bir neçə gün əvvəl giriş qapısı açıq qaldığından qonşuluqdakı it həyətə daxil olub. Heyvan əvvəlcə onun xanımına hücum edib. Eldar Hüseynovun müdaxiləsi zamanı it onu qaparaq müxtəlif bədən xəsarətləri yetirib.
