Xəbər lenti
Sonuncu xəbərlər
Türkiyədə meşə yanğınları ilə bağlı 40 min hektar ərazi külə dönüb
Türkiyədə baş verən 3 min 224 meşə yanğınının əksəriyyəti səhlənkarlıq ucbatından baş verib. Canlixeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, nəticədə 40 min 32 hektar meşə sahəsi yanaraq məhv olub. İqlim dəyişikliyi, havanın temperaturunun kəskin yüksəlməsi və rütubətin aşağı düşməsi son illərdə meşə yanğınlarının sayının artmasına səbəb olub. Yanğınların səbəbləri qəsd, səhlənkarlıq və qəza, təbii […]
DİM: Qabiliyyət imtahanında iştirak etməli olan abituriyentlərin nəzərinə, təxirə salınıb
İdman istiqamətinin 62-ci (ümumi fiziki hazırlıq, adaptiv bədən tərbiyəsi və kütləvi sağlamlaşdırıcı idman) komissiyası üzrə 27 iyun 2026-cı il tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda açıq havada keçirilməsi planlaşdırılan ümumi fiziki hazırlıq imtahanı əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq təxirə salınmışdır. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. həmin imtahan 7 […]
Yuri Vernidub: “Əlimizdən gələni edəcəyik ki, “Neftçi” layiq olduğu yerdə qərar tutsun”
“Neftçi” yeni mövsümdə layiq olduğu yerdə qərar tutmaq üçün əlindən gələni edəcək. “Report” xəbər verir ki, bunu baş məşqçi Yuri Vernidub klubun mətbuat xidmətinə açıqlamasında deyib. Təcrübəli mütəxəssis onunla müqavilə müddətinin artırılmasına münasibət bildirib: “Klub rəhbərliyinə təşəkkür edirəm ki, mənə böyük etimad göstərdilər. Yeni müqavilə ilə bağlı sual verəndə onlara demişdim ki, əgər hər şey yaxşıdırsa, […]
Sosial şəbəkələrimizi necə dizayn etməliyik? – Mütəxəssis Açıqladı
“Müasir dövrdə sosial media səhifəsi artıq sadəcə paylaşım platforması deyil, brendin ictimai simasıdır”. Bu barədə Canlixeber.com-a danışan PR mütəxəssisi Züleyxa Ağaməliyeva deyib. Onun sözlərinə görə, insanlar hər hansı şirkət və ya mütəxəssis haqqında ilk təəssüratı çox vaxt məhz sosial media hesabı vasitəsilə formalaşdırırlar: “Buna görə də səhifənin hazırlanmasına yalnız dizayn baxımından deyil, kommunikasiya və reputasiya […]
Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlanıb
2023-cü ilin əvvəlindən indiyədək 254 yeni hakim təyinatı olub. Canlixeber.com xəbər verir ki, bunu hakimliyə namizədlərlə keçirilən test imtahanı çərçivəsində jurnalistlərə açıqlamasında Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov bildirib. O deyib ki, hazırda ölkəmizdə 705 məhkəmə hakimi fəaliyyət göstərir. “Vakant yerlərə yeni təyinatların aparılması məqsədilə hakimliyə namizədlərin seçimi prosesi fasiləsiz davam etdirilir. Hazırda 67 hakimliyə […]
Bakıda külək əsir, rayonlarda yağış yağır – FAKTİKİ HAVA
İyunun 28-i saat 12:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 28-i saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür. Düşən yağıntının miqdarı Yardımlıda 43 (aylıq normanın 93%-i), Şamaxıda 40 (aylıq normanın […]
Hakim olmaq istəyənlər İMTAHAN VERİRLƏR
Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda hakimliyə namizədlər üçün keçirilən növbəti test imtahanında 333 nəfər iştirak edir. Canlı xəbər.com xəbər verir ki, bunu imtahan çərçivəsində jurnalistlərə açıqlamasında Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov bildirib. Onun sözlərinə görə, keyfiyyətli ədalət mühakiməsinin təmin olunması, məhkəmə sisteminə güvənin artırılması məqsədilə hakim korpusunun peşəkar, yüksək bilik və mənəvi keyfiyyətlərə malik […]
Ağdərədə avtobus aşıb, xeyli sayda yaralı var
Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, rayon ərazisində avtobusun aşması nəticəsində xeyli sayda şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda yaralılar Ağdam və ətraf rayonlardan cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanalara təxliyə edilirlər. Hadisənin başvermə səbəbi, yaralıların dəqiq sayı və digər təfərrüat araşdırılır.
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərilib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. Canlixeber.com xəbər verir ki, 11 vaqondan ibarət, çəkisi 770 ton olan buğda 28 iyun tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 34 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq […]
Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi – Nəticə rədd edildi
Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən son sədr seçkisi Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilməyib. Canlixeber.com xəbər verir k, Azərbaycan Kinematoqrafçılar İttifaqının son sədr seçkilərində yeganə namizəd kimi Əli İsa Cabbarovun namizədliyi irəli sürülmüş və onun sədr seçildiyi açıqlanmışdı. Daha sonra seçkilərin nəticələri protokollaşdırılaraq təsdiq olunması üçün Ədliyyə Nazirliyinə göndərilib. Lakin nazirlik Əli İsa Cabbarovun sədr seçilməsini təsdiqləməyib, […]
