1 min read

Kəmaləddin Heydərov komandiri işdən çıxardı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının komandiri işdən azad olunub. Canlixeber.com xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Alayının komandiri polkovnik Vüqar Məhərrəmov tutduğu vəzifəsindən azad edilib. Onun yerinə Süleyman Hüseynov gətirilib. Nazir bununla bağlı bir müddət əvvəl əmrlər imzalayıb.

1 min read

Polis əməliyyat keçirdi, qanunsuz silahlar aşkarlandı

İyunun 27-də və 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 tapança, 16 tüfəng, 1 patron darağı və 269 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat […]

1 min read

Həftə sonu ölkə ərazisində 150 kiloqram narkotik aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 27-də və 28-də ümumi çəkisi 150,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 135,2 kiloqramdan çox marixuana, 2,9 kiloqrama yaxın heroin, 5 kiloqrama yaxın tiryək və 7 kiloqramdan çox […]

5 mins read

Mərkəzi Bank qaydaları dəyişdi: kimlər məsafədən kredit ala biləcəklər?

Mərkəzi Bank qaydaları dəyişdi: kimlər məsafədən kredit ala biləcəklər?“Mərkəzi Bank kredit risklərinin idarə edilməsi qaydalarına dəyişiklik edib. Bankdan dəyişiklikləri məsafədən maliyyə xidmətləri sahəsində risklərin azaldılması və istehlakçıların hüquqlarının qorunmasının gücləndirilməsi istiqamətində normativ bazanın təkmilləşdirilməsi ilə əlaqələndiriblər”. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov social şəbəkə hesabında paylaşm edib. Deputat bildirib ki, […]

1 min read

Saatlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı Zamin Həsənli və həmyaşıdı Pərvin Sevindikov saxlanılıblar. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, onlardan 8 kiloqrama yaxın narkotik vasitə olan heroin və marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan […]

7 mins read

Xarici ölkələrə səyahət zamanı viza alarkən nələrə diqqət etməli?- Ekspert açıqladı

“Beynəlxalq səyahətlərə marağın artması, təhsil, turizm, biznes və ailə ziyarəti məqsədilə xarici ölkələrə edilən müraciətlərin çoxalması fonunda viza xidmətlərinə olan tələbat da əhəmiyyətli dərəcədə yüksəlib. Bununla yanaşı, son illər viza sahəsində dələduzluq halları da geniş yayılmağa başlayıb. Viza prosedurları barədə kifayət qədər məlumatı olmayan və ya müraciət prosesini asanlaşdırmaq istəyən şəxslər bəzən peşəkar xidmət adı […]

1 min read

Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Bu gün Binəqədi rayonunun bəzi ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. “Payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 29.06.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Azadlıq prospektinin, Xutor qəsəbəsinin bir hissəsinin, Ə. Naxçıvani və M. Davudoğlu küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq”, – […]

1 min read

Şəmkirdə evdən qadın meyiti tapılıb

Şəmkirdə evdən 69 yaşlı qadının meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini 1957-ci il təvəllüdlü X. Gözəlovanın meyiti yaşadığı evdə aşkarlanıb. Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. 69 yaşlı qadının hansı şəraitdə ölməsi məlum deyil. Faktla bağlı Şəmkir rayon prokrorluğunda araşdırma aparılır

1 min read

Bakının bəzi ərazilərində işıq olmayacaq

Bakının bəzi hissələrində elektrik enerjisinin verilməsində məhdudiyyət yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Qapalı Paylayıcı Qurğularda (QPQ) təmir-təftiş işləri aparılacaq. “Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Mikayıl Əliyev küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan […]

1 min read

Bu gün çimərliklərdə hava küləkli olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 29-da cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 19-20, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 21-22 dərəcə isti olacaq.