1 min read

Bakıda qadın sürücü qəza törətdi, ÖLƏN VAR

Bakıda qadın sürücü piyadanı vurub öldürüb. Canlixeber.com xəbər verir ki, Şəfəq Fərman qızı Məmmədova idarə etdiyi “Mazda” markalı avtomobillə paytaxtın Nəsimi rayonu, Cavadxan 23 ünvanında hərəkətdə olarkən piyada Arzu Əhməd qızı Əliyevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

1 min read

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 08:55-də baş verib. Zəlzələ ocağı 18 kilometr dərinlikdə yerləşib.

1 min read

Sükan arxasında yuxulaması ehtimal olunan sürücü iki nəfərin həyatına son qoydu.

İyunun 8-i saat 13 radələrində, Goranboy rayonunun Səmədabad kəndi ərazisində rayon sakini 73 yaşlı Səməndər Cəfərov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn həmyerlisi 86 yaşlı Şahbaz Qarayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib […]

1 min read

“Turan Tovuz” “Şamaxı”nın futbolçusunu transfer etdi

“Şamaxı” klubunun futbolçusu Dioqo Balau transferi ilə bağlı “Turan Tovuz” klubu ilə razılıq əldə edib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirib. Qeyd edək ki, ötən mövsümün əvvəlində komandaya qoşulan Balau “Şamaxı” forması ilə üç qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

1 min read

Arazda batan 11-ci sinif şagirdinin meyiti tapılıb

Araz çayının İmişli rayonu, Rəsullu kəndi ərazisindən keçən hissəsində batan 2009-cu il təvəllüdlü Mirişli Turan Mirağa oğlunun meyiti tapılıb. Canlixeber.com bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Qeyd olunub ki, T.Mirişlinin meyiti FHN-in dalğıcları tərəfindən batdığı yerdən 500 metr məsafədə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, hadisə iyunun 7-si axşam […]

1 min read

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında vəziyyət açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 10-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

1 min read

Bu gün hava necə olacaq?

Azərbaycan ərazisində iyunun 10-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-19, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 762 […]

1 min read

Baş idarə əməliyyat keçirib, PUA ilə gətirilən 72 kq narkotik avtomobildə aşkarlanıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində əvvəllər məhkum olunan 50 yaşlı Mətanət Qaffarova və sonuncu ilə birlikdə narkotiklərin dövriyyəsində əlbir olan 25 yaşlı Nurlan Gorodalov saxlanılıblar. Sonuncunun […]

1 min read

Goranboyda qəzalı vəziyyətə düşərək sökülən binaların sakinlərinə yeni mənzillər veriləcək

Goranboy rayonunda ötən ilin noyabrında qəzalı vəziyyətə düşərək söküntüsünə başlanılan binaların sakinləri yeni mənzillə təmin olunacaqlar. Canlixeber.com xəbər verir ki, bu barədə rayon Fövqəladə Hallar Komissiyasından bildirilib. Qeyd olunub ki, şəhərin Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən qəzalı yaşayış binalarının sökülməsi mərhələli şəkildə həyata keçirilir. Ərazidə yerləşən 16 mənzilli, 3 bloklu ikimərtəbəli yaşayış binasının söküntüsü […]