“Turan Tovuz” “Şamaxı”nın futbolçusunu transfer etdi
“Şamaxı” klubunun futbolçusu Dioqo Balau transferi ilə bağlı “Turan Tovuz” klubu ilə razılıq əldə edib.
Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirib.
Qeyd edək ki, ötən mövsümün əvvəlində komandaya qoşulan Balau “Şamaxı” forması ilə üç qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
