Xəbər lenti
Sonuncu xəbərlər
Prezident Xalq rəssamını təbrik etdi
Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova təbrik məktubu ünvanlayıb. Canlixeber.com həmin məktubun mətnini təqdim edir: “Hörmətli Fərhad Xəlilov! Sizi – müasir Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Siz Azərbaycan mədəniyyətinin inkişafına xüsusi töhfələr vermiş sənətkarlardansınız. Mahir fırça ustası olaraq müxtəlif janr və mövzularda yaratdığınız boyakarlıq və qrafika […]
İlham Əliyevdən Fərhad Xəlilovla bağlı sərəncam
Azərbaycanın Xalq rəssamı Fərhad Qurban oğlu Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, F.Xəlilov Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltif olunub.
Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Nadir Muradov və onunla birgə məhkum edilmiş, qurumun Təsərrüfat şöbəsində baş məsləhətçi-mühəndis vəzifəsində çalışan Qafar Abdullayevin cəzası azaldılıb. Canlixeber.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar çıxarıb. N.Muradovla Q.Abdullayev bu ilin avqustunda vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlıqdan məhrum […]
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. Canlixeber.com Lent.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağı barədə xəbərdarlıq olunub. Azərbaycanın Gürcüstandakı səfirliyinin müdaxiləsindən sonra İbad Hüseynov sərbəst buraxılıb. Qeyd edək ki, […]
Metroda “qırmızı xətt” üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək
“AZCON Holding” şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri tam yekunlaşdırılıb. Canlixeber.com xəbər verir ki, “Bakı Metropoliteni” QSC-dən məlumata görə, dalan yolunun təkrar istismara verilməsi ilə yaxın günlərdə “Həzi Aslanov” – “Əhmədli” mənzilində məkik hərəkət ləğv olunacaq. “İçərişəhər” – “Həzi Aslanov” sahəsində qatarların hərəkəti təmirdən əvvəlki qaydada bərpa […]
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib. Canlixeber.com xəbər verir ki, qonaq, ilk növbədə, Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendra Modinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan Prezidenti ilə Hindistanın Baş naziri arasında Bişkekdə keçirilmiş görüşü xatırladaraq, ölkəmizə Baş nazir Narendra Modinin tapşırığına əsasən […]
Sedrak Koçaryanın həbs müddəti daha iki ay uzadıldı
Prokurorluğun vəsatətinin uzunmüddətli müzakirəsindən sonra məhkəmə Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, bu barədə onun vəkili Akop Kureqyan məlumat verib. Vəkil məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini vurğulayıb. Sedrak Koçaryan özü isə məhkəmə iclasına gətirilməyib.
Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü
Salyan rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər ölüb. Canlixeber.com xəbər verir ki, hadisə oktyabrın 22-də rayonun Çadırlı kəndində baş verib. Belə ki, Vaqif Hüseyn oğlu Məmmədov fərdi yaşayış evinin həyətində yerləşən istixanada elektrik naqillərinin çəkilməsi işlərini yerinə yetirərkən cərəyan vurması nəticəsində həyatını itirib. Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.
Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər
22-30 oktyabr 2026-cı il tarixlərində Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalında Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui) komandaları iştirak edəcəklər. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) bununla bağlı paylaşım edib. “Sakit okeandan Azərbaycana – Futbol bizi birləşdirir!” başlıqlı paylaşımda hər iki ərazinin gənc futbolçularına uğurlar arzulanıb. BTQ gənc […]
Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular
Gəncədə 33 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, 1993-cü il təvəllüdlü R.Məmmədov Gəncə şəhər, Atatürk prospektində mübahisə zəminində kürək nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü A.Cəfərov isə polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin […]
