3 mins read

Bakıda 5 müntəzəm marşrut “brutto müqavilə” sisteminə qoşulub

Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası”nın tətbiqinə başlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. İlk olaraq 130, 205, 211, […]

3 mins read

Rusiyada 12 il əvvəl törədilən dəhşətli cinayət: Prokuror ağır cəza istədi

Rusiyada 12 il əvvəl zorlama və qətl törətməkdə təqsirləndirilən Seymur Məmişov və Elşən Xuduyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Canlixeber.com Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilənlərin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müdafiə tərəfi çıxışa hazır olmadıqlarından növbəti proses sentyabrın […]

1 min read

Sabunçuda avtomobildən 78 min manat oğurlayan şəxs saxlanıldı

Sabunçu rayonunda avtomobildən 78 min manat pul vəsaitini oğurlayan şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı T.Nəzərov saxlanılıb. Rayon ərazisində qeydə alınan digər hadisə zamanı isə evlərin […]

1 min read

Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq

Bu gün Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq. Canlixeber.com xəbər verir ki, 17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək. İndiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın “Aİ-92” və “Aİ-95” benzini ixrac olunub. Rusiyadan Ermənistana isə […]

3 mins read

KMBİ MİDA adından saxta müqavilələr satan QADINLARI İFŞA ETDİ

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” informasiya sisteminə qanunsuz müdaxilə edilməsi niyyəti və vətəndaşların aldadılması yolu ilə pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə əməliyyat-texniki tədbirlər həyata keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, nəticədə qeyd edilən qanunsuz əməlləri törətməkdə […]

1 min read

İlham Əliyevdən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə bağlı FƏRMAN

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmanla İdarə Heyətinin vəzifələri artırılıb. Belə ki, bundan sonra İdarə Heyəti artıq İdarənin işçilərinə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyən edəcək.

3 mins read

Vəkillər Kollegiyasının növbəti iclası keçirilib, bir nəfər cərimələnib

2026-cı il sentyabrın 2-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Canlixeber.com xəbər verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran əsas prioritet istiqamətlər barədə məlumat verib. Sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə […]

2 mins read

Məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edən vəzifəli şəxslərin siyahısına DƏYİŞİKLİK edildi

“Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmanla siyahıya aşağıdakı məzmunda 41-1-ci hissə əlavə edilir: “41-1. Məcəllənin 428.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol: 41-1.1. inzibati […]

6 mins read

Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ

İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Qanunla məcəlləyə aşağıdakı məzmunda 37.1-ci maddə əlavə edilir: “Maddə 37-1. İnzibati xəta törətmiş psixiatriya yardımına ehtiyacı olan şəxslərin psixiatriya müayinəsi 37-1.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün, yaxud başqa şəxslərin […]

8 mins read

İlham Əliyev Çinin baş prokurorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Canlixeber.com xəbər verir ki, nümayəndə heyətinə Şanxay şəhərinin prokuroru Çen Yong, Ciangsu əyalətinin prokuroru Çjao Tyeşi və Qansu əyalətinin prokuroru Şen Cian daxildir. Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib: “Xoş gəlmisiniz. […]