1 min read

Kəlbəcər və Ordubada qar yağıb – Faktiki hava

Oktyabrın 25-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür. Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə isə qar yağıb. Qar örtüyünün hündürlüyü Kəlbəcərdə 2 sm-dir. […]

1 min read

ABŞ-də universitet stadionu yaxınlığında atışma: 10-dan çox yaralanan var

ABŞ-nin Florida ştatının Tallahassi şəhərində baş verən atışma nəticəsində azı 12 nəfər yaralanıb, onlardan altısı yetkinlik yaşına çatmayan şəxsdir. Canlixeber.com xəbər verir ki, bu barədə “Tallahassee Democrat” qəzeti məlumat yayıb. İnsident şənbə günü axşam saatlarında Florida Kənd Təsərrüfatı və Mexanika Universitetinin (FAMU) “Breqq” memorial stadionunun yaxınlığında qeydə alınıb. Nəşrin verdiyi məlumata görə, xəsarət alanlardan üçünün […]

1 min read

Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb

Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Sürücü “Chery Tiggo” markalı avtomobili park edərkən nəqliyyat vasitəsi yol səviyyəsindən aşağıda yerləşən səkiyə düşərək aşıb. Hadisə zamanı ərazidən piyadaların keçməməsi daha ağır nəticələrin qarşısını alıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

1 min read

Lissabonda polis etirazçılara müdaxilə edib, saxlanılanlar var

Portuqaliyanın paytaxtı Lissabonda mənzil qiymətlərinin artmasına qarşı keçirilən etiraz aksiyasına polis müdaxilə edib. Canlixeber.com zəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb. Bildirilib ki, oktyabrın 25-nə keçən gecə polis əməkdaşları şəhərin mərkəzindəki Rossiu meydanında etirazçıların qurduğu çadır düşərgəsini dağıdıblar. Əməliyyat zamanı polislə nümayişçilər arasında qarşıdurma baş verib, bir neçə nəfər saxlanılıb. Yüngül xəsarət alanların […]

1 min read

Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar

Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan millisinin aktivinə daha bir medal əlavə olunub. Canlixeber.com xəbər verir ki, M2 yaş kateqoriyasında çıxış edən Elçin Məmmədov (-100 kq) üçüncü yer uğrunda görüşdə Almaniya təmsilçisi Saşa Mixalskiyə qalib gələrək bürünc medala yiyələnib. Bununla usta cüdoçularımızın qitə yarışında qazandıqları medalların sayı 4-ə çatıb. Daha […]

1 min read

Azərbaycan güləşçiləri bu gün dünya çempionatında mübarizə aparacaq

Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir. Canlixeber.com, bu gün Azərbaycanın 6 yunan-Roma güləşçisi döşək üzərinə çıxacaq. Ülvi Qənizadə (72 kq) yarışa 1/8 final mərhələsindən start verəcək. Murad Əhmədiyev (97 kq) təsnifat mərhələsində Con Bin Kvonla (Cənubi Koreya) üz-üzə gələcək. Sərxan Məmmədov (130 kq) isə brazilyalı Gilerme Evangelista Diası sınağa çəkəcək. 4 qat […]

1 min read

İtaliyada etirazlar: Yüzlərlə insan saxlanıldı

İtaliyanın hüquq-mühafizə orqanları hökumətin siyasətinə qarşı keçirilən etiraz aksiyalarının 371 iştirakçısını saxlayıblar. Canlixeber.com xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb. Polis təhlükəsizlik tədbirləri çərçivəsində 4 200 nəfərin sənədini yoxlayıb. Saxlanılaraq polis bölmələrinə aparılanlar arasında 110 yeniyetmə və 69 xarici vətəndaş var. Bir həftə əvvəl Fransadakı nümayişlərin təsiri altında başlayan tələbə iğtişaşları artıq daha […]

1 min read

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Ər-Riyad üzərində PUA-nı vurub

Ərəb koalisiyası qüvvələri Ər-Riyad üzərində daha bir pilotsuz uçuş aparatını (PUA) məhv edib. Canlixeber.com xəbər verir ki, bu barədə koalisiyanın nümayəndəsi Turki əl-Maliki xəbər verib. “Ər-Riyad yaxınlığında bir pilotsuz uçuş aparatını ələ keçirərək məhv edilib”, – Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın nümayəndəsinin açıqlamasında deyilir. Vurulan pilotsuz uçuş aparatı Ər-Riyad səmasında gecə ərzində tutulub saxlanılan ikinci […]

1 min read

Tramp: “Audi” ABŞ-də avtomobil zavodunun inşasına 4,2 milyard dollar investisiya yatıracaq

Almaniyanın “Volkswagen” konserninə daxil olan “Audi” avtomobil istehsalçısı Corciyadakı bir zavoda 4,2 milyard dollar investisiya yatırmağı planlaşdırır. Canlixeber.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə Konqresə 3 noyabrda keçiriləcək aralıq seçkilərdən əvvəl Corciyadakı Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışında bildirib. “Audi” gələn ay qonşu Meykon şəhərində ildə 200 000 avtomobil istehsal edəcək nəhəng zavodun […]

1 min read

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Tovuzda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Canlixeber.com xəbər verir ki, Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Asif Ələsgərovu rayonun Əyublu kəndində avtomobil vurub. O, ağır halda xəstəxanaya yerləşdirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.