Xəbər lenti
Sonuncu xəbərlər
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası keçirildi
Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalında mübarizə aparan Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui – Tahiti) komandalarına dəstək aksiyası keçirilib. Canlixeber.com xəbər verir ki, Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyasından olan azarkeşlər Atletlər Kəndinin qarşısında toplaşaraq yarışlara yollanan gənc futbolçuları salamlayıblar. Azarkeşlər komandalarına dəstəklərini ifadə etməklə yanaşı, milli kimliklərinə, mədəniyyət və ənənələrinə […]
Türkiyədə ağır qəzada 3 nəfər ölüb, 4 nəfər yaralanıb
Türkiyənin Ankara vilayətinin Polatlı rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Canlixeber.com xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə və jandarm qüvvələri cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
Yaponiyada 13 minə yaxın sakinə daşqın təhlükəsi ilə əlaqədar təxliyə tövsiyə olunub
Yaponiyanın Xonsyu adasında yerləşən Vakayama prefekturasının hakimiyyət orqanları güclü yağışlar, daşqınlar və torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar təxminən 13 min sakinə təxliyə olunmağı tövsiyə edib. Canlixeber.com xəbər verir ki, bu barədə Yaponiya İctimai Televiziyası məlumat yayıb. Bildirilib ki, tövsiyə ilk növbədə yaşlı sakinlərə şamil olunur. Prefekturanın inzibati mərkəzi olan Vakayama şəhərində artıq subasma halları qeydə […]
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti qələbəsini qazanıb
Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında növbəti qələbəsini qazanıb. Canlixeber.com xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda Andorra ilə üz-üzə gəlib. Hövsan Yarış Kompleksində keçirilən görüş Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yığma bu gün növbəti matçını saat 19:30-da Avstraliya komandasına qarşı keçirəcək. Xatırladaq ki, U-15 turnirdə keçirdiyi […]
Barselonada kütləvi iğtişaşlar: 100-ə yaxın şəxs saxlanıldı, polislər yaralandı
İspaniyanın Barselona şəhərində baş verən küçə iğtişaşları zamanı 100-ə yaxın şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Kataloniya muxtar vilayətinin Daxili İşlər Departamentinin “X” sosial şəbəkəsindəki səhifəsində bildirilib. Departament rəhbəri Nuria Parlon iğtişaşlarda təxminən 500 nəfərin iştirak etdiyini, nəticədə 14 obyektə zərər dəydiyini və 100-ə yaxın şəxsin saxlanıldığını bəyan edib. “İlkin məlumatlara görə, saxlanılanların […]
Alla Puqaçova daha bir brendindən məhrum oldu
Rusiyanı tərk edən tanınmış müğənni Alla Puqaçova 1997-ci ildən bəri sahib olduğu “Kristina” brendinin hüquqlarını itirib. Canlixeber.com “Mash” “Telegram” kanalına istinadən xəbər verir ki, həmin ticarət nişanı altında şirniyyat, zərgərlik məmulatları, alkoqollu içkilər, tütün məmulatları, çap nəşrləri və digər məhsullar istehsal oluna bilərdi. Xatırladaq ki, hələ 2020-ci ildə Puqaçova Yeni Urenqoydan olan qənnadıçı Kristina Martirosyanla […]
Naxçıvan-Şahbuz magistralında ağır qəza, xəsarət alanlar var
Naxçıvan-Şahbuz magistralında ağır qəza, xəsarət alanlar var Canlixeber.com xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralının Babək rayonu Vayxır kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar – 1986-cı il təvəllüdlü Abbasova Gülay Taptıq qızı, 2017-ci il təvəllüdlü Nağıyev İsa Asəf oğlu, 2004-cü […]
Azərbaycanda universitet müəllim vəfat etdi
Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. Canlixeber.com xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) “Ədəbiyyat və kitabxanaçılıq” kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılov ölüb. Onun ölüm səbəbi barədə məlumat verilməyib. Qeyd edək ki 1960-cı ildə anadan olan Nadir İsmayılov 1981-1986-cı illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. Əmək fəaliyyətinə 1977-ci ildə […]
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. Canlixeber.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli Kasım-Jomart Kemeleviç, Qazaxıstan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram. Bu gün Qazaxıstan Respublikası Sizin […]
Kəlbəcər və Ordubada qar yağıb – Faktiki hava
Oktyabrın 25-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür. Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə isə qar yağıb. Qar örtüyünün hündürlüyü Kəlbəcərdə 2 sm-dir. […]
