1 min read

İtaliyada etirazlar: Yüzlərlə insan saxlanıldı

İtaliyanın hüquq-mühafizə orqanları hökumətin siyasətinə qarşı keçirilən etiraz aksiyalarının 371 iştirakçısını saxlayıblar. Canlixeber.com xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb. Polis təhlükəsizlik tədbirləri çərçivəsində 4 200 nəfərin sənədini yoxlayıb. Saxlanılaraq polis bölmələrinə aparılanlar arasında 110 yeniyetmə və 69 xarici vətəndaş var. Bir həftə əvvəl Fransadakı nümayişlərin təsiri altında başlayan tələbə iğtişaşları artıq daha […]

1 min read

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Ər-Riyad üzərində PUA-nı vurub

Ərəb koalisiyası qüvvələri Ər-Riyad üzərində daha bir pilotsuz uçuş aparatını (PUA) məhv edib. Canlixeber.com xəbər verir ki, bu barədə koalisiyanın nümayəndəsi Turki əl-Maliki xəbər verib. “Ər-Riyad yaxınlığında bir pilotsuz uçuş aparatını ələ keçirərək məhv edilib”, – Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın nümayəndəsinin açıqlamasında deyilir. Vurulan pilotsuz uçuş aparatı Ər-Riyad səmasında gecə ərzində tutulub saxlanılan ikinci […]

1 min read

Tramp: “Audi” ABŞ-də avtomobil zavodunun inşasına 4,2 milyard dollar investisiya yatıracaq

Almaniyanın “Volkswagen” konserninə daxil olan “Audi” avtomobil istehsalçısı Corciyadakı bir zavoda 4,2 milyard dollar investisiya yatırmağı planlaşdırır. Canlixeber.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə Konqresə 3 noyabrda keçiriləcək aralıq seçkilərdən əvvəl Corciyadakı Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışında bildirib. “Audi” gələn ay qonşu Meykon şəhərində ildə 200 000 avtomobil istehsal edəcək nəhəng zavodun […]

1 min read

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Tovuzda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Canlixeber.com xəbər verir ki, Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Asif Ələsgərovu rayonun Əyublu kəndində avtomobil vurub. O, ağır halda xəstəxanaya yerləşdirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

1 min read

Azərbaycan Premyer Liqasında IX tur başa çatır: “Sabah” “Qarabağ”ı qəbul edir

Misli Premyer Liqasında IX tura bu gün iki oyunla yekun vurulacaq. Canlixeber.com xəbər verir ki, günün ilk matçında “İmişli” “Şamaxı”nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da Yevlax şəhər stadionunda start götürəcək. “Şamaxı” hazırda 13 xalla 7-ci pillədə qərarlaşıb. 7 xala malik “İmişli” isə 9-cu yerdədir. Günün son görüşündə isə “Sabah” “Dalğa Arena”da “Qarabağ”ı qəbul edəcək. Bu […]

2 mins read

Xəzər dənizindəki adalar materikə birləşdi: Dağıstanın ərazisi genişləndi

Xəzər dənizinin səviyyəsinin azalması nəticəsində Dağıstan Respublikasının faktiki quru sahəsi 2-3 min kvadratkilometr artıb. Canlixeber.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə coğrafiya elmləri namizədi, geoloq İdris İdrisov məlumat verib. O, bu prosesi suyun geri çəkilməsi və bir sıra adaların materiklə birləşməsi ilə izah edib. Mütəxəssisin sözlərinə görə, Xəzərin səviyyəsinin aşağı düşməsi yeni quru sahələrinin […]

1 min read

Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub

Biləsuvar rayonunda elektrik enerjisinin verilişi bərpa olunub. Canlixeber.com xəbər verir ki, ötən gün elektrik enerjisinin verilişində yaranan fasilə səbəbindən Biləsuvar şəhərinin və rayonun bir sıra kəndlərinin böyük hissəsi işıqsız qalmışdı. Qeyd edək ki, hadisə zamanı rayon ərazisində ildırımla müşayiət olunan yağışlı hava şəraiti hökm sürüb.

1 min read

FIFA U-15 dünya çempionatı: Azərbaycan millisi bu gün iki oyun keçirəcək

Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında bu gün növbəti oyunlarını keçirəcək. Canlixeber.com xəbər verir, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv eyni gündə iki matça çıxacaq. Yığma əvvəlcə saat 12:45-də Andorra ilə üz-üzə gələcək. Növbəti rəqib isə Avstraliya millisi olacaq. Həmin qarşılaşma saat 19:30-da başlayacaq. Hər iki oyun Hövsan Yarış Kompleksinin 10A meydançasında baş […]

1 min read

Canni İnfantino İlham Əliyevə xatirə hədiyyələri verib

Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib. Canlixeber.com xəbər verir ki, mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino izləyiblər. Mərasim zamanı FIFA prezidenti Canni İnfantino Prezident İlham Əliyevə […]

1 min read

Paytaxtda yağış yağacaq

Oktyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 767 […]