Xəbər lenti
Sosial
Sonuncu xəbərlər
Azərbaycan Premyer liqasında iki futbolçu 200-cü oyununu keçirib
Misli Premyer Liqasının XXXII turu “Kəpəz”in futbolçusu Ehtiram Şahverdiyev və “Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev üçün əlamətdar olub. Canlixeber.com xəbər verir ki, onlar Misli Premyer liqasında 200-cü oyunlarını keçiriblər. Belə ki, E.Şahverdiyev üçün Yubiley “Araz-Naxçıvan”la səfər görüşünə (0:2) təsadüf edib.O, bu qarşılaşmalarda 6 qola imza atıb. Premyer Liqada 2015/16 mövsümündə “Qəbələ” forması ilə debüt edən Şahverdiyev […]
Bəzi yerlərdə yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA
Mayın 18-si saat 11:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Şahdağda qar yağıb. Bakıda və Abşeron yarımadasında yağan yağış mayın 18-də gecə saatlarından kəsilsə də, bəzi rayonlarda yağıntılar […]
“Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi” – Məhkəmə
Vətəndaşa qarşı hədə-qorxu gəlməkdə təqsirləndirilən Səid Rüstəmzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com “Unikal”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş dindirilib. Onun sözlərinə görə, paytaxtın Nəsimi rayonu ərazisində masaj salonu işlədib: “Salonda məndən başqa inzibatçı və 3 masaj işləyib. Abyekt qanuni əsaslarla fəaliyyət göstərib. […]
Yanvar-aprel aylarında 1 milyona yaxın şəxsə 752 milyon manat müavinət və təqaüd ödənilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-aprel aylarında 997 min şəxsə 752 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, onlardan 501 min nəfərə dövlət büdcəsi hesabına müavinət olaraq 424 milyon manat, 407 min nəfərə Prezident […]
Vensan Abubakara transfer təklifləri var – “Neftçi”dən ayrılır?
“Neftçi”nin futbolçusu Vensan Abubakarın yenidən Türkiyə yaşıl meydanlarına qayıtması ehtimalı yaranıb. Canlixeber.com xarici mediaya istinadən xəbər verir ki, paytaxt təmsilçisinin formasını geyinən kamerunlu hücumçunun növbəti dayanacağı Türkiyənin “Bursaspor” klubu ola bilər. İddialara əsasən, Bursa təmsilçisi 33 yaşlı təcrübəli hücumçunu diqqət mərkəzində saxlayır. Mövsüm bitdikdə “Neftçi” ilə müqavilə müddəti başa çatacaq Abubakarın Türkiyə komandasına azad agent […]
Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki “Avtomobil Yollarının Mühafizə Xidməti” Publik Hüquqi Şəxsinin rəisi vəzifəsindən azad edilib. Canlixeber.com “Qaynarinfo”ya istinadla xəbər verir ki, AAYDA sədri Vüsal Nəsirlinin müvafiq əmri ilə Xidmətin rəisi Səftər İsmayılov işdən çıxarılıb. Məlumata görə, Avtomobil Yollarının Mühafizə Xidmətində aparılan yoxlama zamanı ciddi pozuntular aşkarlanıb. Sözügedən qurumun bir sıra vəzifəli şəxsi […]
Bərdədə canavarlar fərdi təsərrüfata hücum edib, 50-yə heyvan tələf olub
Bərdə rayonunda canavarlar fərdi təsərrüfata hücum edib. Canlixeber.com Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Murad Mustafayevə məxsus təsərrüfata canavarların hücumu nəticəsində təxminən 50-yə yaxın xırdabuynuzlu heyvan tələf olub. Baş verən hadisə kənd sakinləri arasında narahatlıq yaradıb. Sakinlər ərazidə vəhşi heyvanların sayının artdığını bildirirlər.Hadisə ilə bağlı aidiyyəti qurumların […]
Sabunçuda yük maşını minik avtomobilinə çırpıldı: Sürücü xəsarət aldı
Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com Patrul.az-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 09:10 radələrində Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində, 2 saylı Doğum Evinin qarşısında qeydə alınıb. Belə ki, “Nissan” markalı, 77-SU-546 dövlət qeydiyyat nişanlı minik avtomobili hərəkətdə olarkən, arxadan gələn “Hyundai Porter” markalı, 99-MX-280 dövlət qeydiyyat nişanlı yük […]
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi dəfn olunacaq. Oxu.Az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Bildirilib ki, Rəşadət Əli oğlu Piriyevin qalıqları Bərdə rayonu, Yeni Daşkənd kənd qəbiristanlığında torpağa tapşırılacaq.
29 minə yaxın uşağın anadan olmasına görə birdəfəlik müavinət verilib
Bu ilin yanvar-aprel aylarında mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu (DSMF) 28 830 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fond məlumat yayıb. Məlumata görə, müavinət ödənişləri 13 372 nəfər qız, 15 830 nəfər oğlan uşağına görə aparılıb..
